Şəhid Ələsgər Mirzəliyev Cəbrayılda torpağa tapşırıldı
Digərləri 18 Apr 2025 14:03:00 380 0
32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Ələsgər Mirzəliyevin nəşinin qalıqları doğma yurdu Cəbrayılda torpağa tapşırılıb.
Trend-in bölgə müxbiri xəbər verir ki, şəhid Ələsgər Mirzəliyevin nəşi Cəbrayıl sakinləri tərəfindən izdihamla qarşılanıb, doğulub boya başa çatdığı Cocuq Mərcanlı kəndinə gətirilib.
Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub. Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları dəfn üçün Lələtəpə qəbiristanlığına gətirilib. Hərbi orkestrin ifası və yaylım atəşinin müşayiəti ilə şəhidin nəşinin qalıqları torpağa tapşırılıb. Şəhidin tabutuna bükülən bayraq qardaşına təqdim olunub.
Aprelin 27-də İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.
Əlverişsiz hava şəraiti tək əhvalımıza yox, iş rejimimizə də təsir e
Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Mag
Amerikalı milyarder İlon Maskın "Starlink" layihəsi mobil internet
Məşhur müğənni Hayko Çepkinin konsert zamanı etdiyi çıxışlar və siya
Ən sevilən ləzzətlərdən biri olan mürəbbənin əslində mədəyə və qa
Əməkdar artist, tanınmış aktyor Vahid Əliyev ağciyər çatışmazlığı
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili c
Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı son dövrlərdə xü
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti dah
Naxçıvan Muxtar Respublikasının kəndlərindən birinin mollası olan 1940-c
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə Konstitusiyasından Müstə
Azərbaycanda bank kartları ilə bağlı yeni dələduzluq növləri qeydə al
