Valideynlər və hazırda xidmətdə olan əsgərlərin DİQQƏTİNƏ


Digərləri 18 Apr 2025 22:04:00 125 0

Valideynlər və hazırda xidmətdə olan əsgərlərin DİQQƏTİNƏ

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Milli Müdafiə Universiteti valideynlərə və hazırda xidmətdə olan əsgərlərə müraciət edib.

Bu xəbəri də oxu: Kommunal xidmətlərlə bağlı

Son.az xəbər verir ki, müraciətdə bildirilib ki, ilk dəfə olaraq Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçən şəxslər üçün təhsil almaq imkanı yaradılıb.

Belə ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmət edən, 2024-cü ildə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 11-ci sinif buraxılış imtahanından yüksək nəticə əldə etmiş müddətli həqiqi hərbi qulluqçular (əsgərlər) üçün Bakı və Naxçıvan Hərbi Kolleclərində təhsil almaq imkanı təqdim ediləcəkdir. Müəyyən edilmiş meyarlara cavab verən yüksəkgöstəricili əsgərlərə Hərbi Kolleclərdə təhsil almaqla bağlı xidmət etdikləri hərbi hissələr tərfindən ətraflı məlumat veriləcək. Hərbi kolleclər üçün tələb olunan tibbi müayinədən keçən və göstəriciləri uyğun hesab edilən şəxslərin namizədliyi qeydə alınacaq.

İkiillik təhsil müddətində kursantlar Hərbi Kolleclərdə 9 peşə, 27 hərbi ixtisas üzrə təhsil alırlar.

İmtiyazlar:

Təhsil müddətində -

- əşya, ərzaq, tibbi sığorta, yaşayış yeri (yataqxana) təminatı;

- kursanta və onun ailə üzvlərinə ödənilən birdəfəlik və aylıq ödəmələr;

- dövlət hesabına xaricdə təhsil imkanı.

Xidmət müddətində -

- gizir hərbi rütbəsinin verilməsi;

- xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;

- il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;

- özü və ailə üzvləri üçün güzəştli tibbi təminat;

- güzəştli ipoteka krediti (5 il xidmət etdikdən sonra, ipoteka yolu ilə alınan yaşayış sahəsinin dəyərinin 15 faizədək olan hissəsi dövlət tərəfindən maliyyələşdirilməsi);

- Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;

- karyerada davamlı yüksəliş.

Tələb olunan meyarlara uyğun gələn və hazırda xidmətdə olan hərbi qulluqçuların valideynləri onları maraqlandıra biləcək suallarla bağlı ətraflı məlumat almaq üçün Milli Müdafiə Universitetinin rəsmi "WhatsApp" kanalını (https://whatsapp.com/channel/0029Vb5xsnr30LKR5UG9kQ0) izləyə bilərlər. Son.az

Zehni necə idarə etmək olur?  Psixoloji sağlamlığınız üçün 7 təklif like
  • 18 Apr 22:00  
Digərləri Zehni necə idarə etmək olur? Psixoloji sağlamlığınız üçün 7 təklif

Zehnin idarə edilməsi, həyatın ən vacib və eyni zamanda ən çətin bacar

arrow Ətraflı
Emin Ağalarov Prezident ailəsinin “Sea Breeze”dən görüntülərini paylaşdı like
  • 18 Apr 21:55  
Siyasət Emin Ağalarov Prezident ailəsinin “Sea Breeze”dən görüntülərini paylaşdı

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci

arrow Ətraflı
Dəqiqələr itirmirsən, illər bağışlayırsan!  DİNdən çağırış like
  • 18 Apr 21:39  
Digərləri Dəqiqələr itirmirsən, illər bağışlayırsan! DİNdən çağırış

Paytaxt yollarında bəzi sürücülər tərəfindən Təcili Tibbi Yardım avto

arrow Ətraflı
Serj Sarqsyanın "Dizel işi" üzrə bəraət hökmü ləğv edildi like
  • 18 Apr 21:23  
Digərləri Serj Sarqsyanın "Dizel işi" üzrə bəraət hökmü ləğv edildi

Apellyasiya Məhkəməsi Ermənistanın üçüncü prezidenti Serj Sarkqyana bə

arrow Ətraflı
İlqar Mikayıloğlunun oğlunun nişanından like
  • 18 Apr 21:15  
Şou-biznes İlqar Mikayıloğlunun oğlunun nişanından

Aparıcı İlqar Mikayıloğlunun oğlu Mikayıl nişanlanıb.

arrow Ətraflı
Zelenskinin müqaviməti qırılır: Ukrayna və ABŞ arasında saziş imzalanacaq like
  • 18 Apr 21:06  
Siyasət Zelenskinin müqaviməti qırılır: Ukrayna və ABŞ arasında saziş imzalanacaq

Ukrayna Prezidenti Volodimir Zelenski Odessada NATO-nun Baş katibi Mark Rütte

arrow Ətraflı
Azərbaycan broyler şirkəti borca düşüb, əmlakını girov qoyacaq like
  • 18 Apr 20:47  
Digərləri Azərbaycan broyler şirkəti borca düşüb, əmlakını girov qoyacaq

"Biləsuvar Quşçuluq" ASC səhmdarlarının növbədənkənar ümumi

arrow Ətraflı
Votsapda inqilabi yenilik like
  • 18 Apr 20:34  
Digərləri Votsapda inqilabi yenilik

Votsap "Android" sistemində Beta versiyasının istifadəçiləri ü

arrow Ətraflı
Yasamalda küçə itləri azyaşlıya hücum etdi like
  • 18 Apr 20:23  
Digərləri Yasamalda küçə itləri azyaşlıya hücum etdi

Bakıda sahibsiz küçə itləri azyaşlı qıza hücum ediblər.

arrow Ətraflı
Məşhur serial bitdi like
  • 18 Apr 20:11  
Digərləri Məşhur serial bitdi

Türkiyədə məşhur serial "Başka Bir Gün" final edib.

arrow Ətraflı
Bu kişilərin oğlu olmur like
  • 18 Apr 20:00  
Digərləri Bu kişilərin oğlu olmur

Körpənin cinsiyyəti ana bətnində mayalanma zamanı müəyyən olunur və bu

arrow Ətraflı
Madat Babayan Xocalı soyqırımında iştirak etdiyini etiraf etdi like
  • 18 Apr 19:48  
Siyasət Madat Babayan Xocalı soyqırımında iştirak etdiyini etiraf etdi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində t

arrow Ətraflı
Moskvada ticarət mərkəzi boşaldıldı like
  • 18 Apr 19:42  
Digərləri Moskvada ticarət mərkəzi boşaldıldı

Rusiyanın paytaxtı Moskvanın Smolenskaya meydanında yerləşən "Smolen

arrow Ətraflı
Ağcabədidə yüzə yaxın evin həyətini su basdı like
  • 18 Apr 19:32  
Digərləri Ağcabədidə yüzə yaxın evin həyətini su basdı

Ağcabədidə yüzə yaxın evin həyətini su basıb.

arrow Ətraflı