Bu adamın qaraciyəri solda, ürəyi sağdadır
Digərləri 19 Apr 2025 16:54:00 108 0
Qaraciyəri solda, ürəyi sağda - Dünyada cəmi 30 nəfərdə rast gəlinən nadir xəstəliklə mübarizə!
Bu xəbəri də oxu: Sabah bu ərazilərdə qaz olmayacaq
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Situs inversus"la uğurlu əməliyyat tibb ədəbiyyatına düşüb.
Türkiyənin Dənizli şəhərində yaşayan 29 yaşlı Yiğithan Say daxili orqanlarının güzgü görüntüsündə - yəni tam tərs yerləşdiyi nadir anatomik quruluşa malik olsa da, uğurla mədəkiçiltmə əməliyyatı keçirib. "Situs inversus totalis" adlanan bu vəziyyət dünyada hər 100 min nəfərdən sadəcə birində müşahidə olunur. Yiğithan Say bu anatomik quruluşla bariatrik əməliyyat olan dünya üzrə yalnızca 30 nəfərdən biri olub.
Daxili orqanlarının tərs yerləşdiyini körpə ikən öyrəndiyini bildirən Say bunları deyib:
"29 ildir bu şəkildə həyatımı davam etdirirəm. Uşaqkən bu xəbəri aldığımda anlamamışdım, sonradan fərqinə vardım. Amma həyatımı digər insanlardan fərqsiz, heç bir məhdudiyyət olmadan sürdürürəm. Tək fərqim, orqanlarımın tərs yerləşməsidir. 'Situs inversus totalis' diaqnozu səbəbilə bir çox xəstəxana əməliyyatı həyata keçirməkdə tərəddüd etdi. Lakin cərrah İbrahim Ekiz öz təcrübəsi ilə mənə inam verdi və əməliyyat uğurla keçdi. Əməliyyatdan sonra heç bir ağrı və ya narahatlıq hiss etmədim. Özümü indi çox yaxşı hiss edirəm. Əməliyyatdan sonra bəslənmə vərdişlərim müvəqqəti olaraq dəyişdi. Maye pəhriz, keçid dövrü və bərk qidaya keçid kimi üç mərhələdən ibarət bəslənmə proqramı tətbiq etdim. Hazırda yavaş-yavaş əvvəlki bəslənmə vərdişlərimə dönürəm, amma əvvəlkindən daha az yeyirəm və doyma hissim normaldır".
Rusiyanın Xalq artisti Mixail Boyarski üç metr hündürlükdən yıxılaraq x

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi

"Miss Azərbaycan"nın qalibi Səmra Hüseynova açıqlaması marağa

İsrail yaxın aylarda İranın nüvə infrastrukturlarına məhdud zərbələr

Həftənin sonuna doğru bürcün bəzi əlamətləri çətin anlardan keçməli

Amerika hakimiyyəti Moskva və Kiyev arasında imzalanmış sülh sazişi çər

Siz heç vaxt düşünməzdiniz, amma gündəlik vərdişə çevrilmiş saqqız

Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Li

"Başın xarabdır, həkimə get"

Rusiyanın keçmiş prezidenti və baş naziri Dmitri Medvedyevin 100 milyon dol

Xəbər verildiyi kimi, TRT-nin "Gönül dağı" serialının baş rol

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
