Kommunal xidmətlərlə bağlı


Digərləri 27 Apr 2025 22:38:00 87 0

Kommunal xidmətlərlə bağlı

Azərbaycan hökuməti kommunal xidmətlərin idarə olunmasında rəqəmsal transformasiyanın həyata keçirilməsi istiqamətində mühüm addım atıb. "Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi" təsdiqlənib. Yol xəritəsinə görə, cari ilin 1 may tarixinə qədər kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır. 2025-ci ilin sonuna qədər layihə ilə bağlı əsas mərhələlərin tamamlanması nəzərdə tutulur. Sistemin yaradılmasına rəhbərliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həyata keçirir.

Son.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Xidmət keyfiyyəti və şəffaflıq əhəmiyyətli dərəcədə artacaq

Agentlikdən bildirildi ki, Vahid İnformasiya Sistemi ölkədə kommunal sahədə idarəetmənin effektiv təşkili məqsədi daşıyır: "Sistem kommunal xidmətlərlə bağlı zəruri məlumatların toplanması, emalı, vahid platformada birləşdirilməsi, bu məlumatlar əsasında monitorinqlərin və analitik təhlillərin aparılması, proqnozların hazırlanması və vətəndaşlara mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsi üçün əsas infrastruktur olacaq. Bu sistem vasitəsilə kommunal xidmət sahəsində həm dövlətin idarəetmə funksiyası güclənəcək, həm də xidmət keyfiyyəti və şəffaflıq əhəmiyyətli dərəcədə artacaq".

Qurumun məlumatına görə, sistem vətəndaşlar üçün bir sıra yenilik və rahatlıq vəd edir: "Sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid platformadan əldə etməyə və ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Ən başlıcası, bu sistem vasitəsilə istifadəçilər vahid portal üzərindən elektrik, qaz, su, istilik və digər kommunal xidmətlər üzrə borclarını, sərfiyyat göstəricilərini və tarifləri izləyə biləcəklər. Sistemin təqdim edəcəyi e-xidmətlər sayəsində vətəndaşlar onlayn ödəniş, elektron müraciət, xəbərdarlıqların alınması, avtomatik ödəniş planlaşdırılması və rəqəmsal arxivdən istifadə kimi imkanlara malik olacaqlar".

MİS-lər, liftlərə dair xidmətlər də sistemə inteqrasiya edilə bilər

Agentlikdən bildirildi ki, Yol Xəritəsinə əsasən, sistemə aşağıdakı kommunal xidmət növləri - elektrik enerjisi, qaz, su, kanalizasiya və istilik təchizatı daxil edilib. Bu xidmətlər üzrə məlumatlar real vaxt rejimində mərkəzləşdirilmiş sistemə ötürüləcək və vətəndaşlar bu məlumatlara rahat çıxış əldə edəcəklər: "Gələcək mərhələlərdə isə xidmət spektrinin daha da genişləndirilməsi nəzərdə tutulur. Yaşayış binalarının idarə olunması (Mənzil İstismar Sahəsi -MİS), lift və mənzil fonduna dair xidmətlər də potensial olaraq bu sistemə inteqrasiya edilə bilər. Əgər bu sahələr üzrə rəqəmsallaşma təmin olunarsa və aidiyyəti normativ-hüquqi baza formalaşarsa, həmin ödənişlər və xidmətlər də sistem daxilində elektron şəkildə idarə oluna bilər".

Əvvəlcə böyük şəhərlərdə tətbiq ediləcək

Vahid İnformasiya Sistemi ilkin mərhələdə Bakı və böyük şəhərlərdə pilot layihə şəklində tətbiq olunacaq: "İnfrastruktur və texnoloji imkanlar formalaşdıqdan sonra sistemin mərhələli şəkildə bütün regionlarda tətbiqi planlaşdırılır". Bu ilin 1 dekabr tarixinə qədər abonentlərin fərdi identifikasiya nömrəsi üzrə məlumat bazasının mötəbərliliyinin 90 faizə çatdırılması, eyni zamanda abonentlərin VÖEN üzrə məlumat bazasının mötəbərliliyinin 70 faizə yüksəldilməsi nəzərdə tutulur. Onun icrası çərçivəsində kommunal qurumların inteqrasiyası, vahid abunəçi kodu mexanizminin tətbiqi və elektron xidmətlərin "mygov" rəqəmsal hökumət platformasına inteqrasiyası nəzərdə tutulur.

"Elektron hökumət xidmətləri daha əlçatan olacaq"

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, Yol Xəritəsində nəzərdə tutulan əsas yeniliklərdən biri vahid abunəçi kodunun tətbiqidir. Beləliklə, bütün xidmətlər üzrə məlumatlar mərkəzləşdirilmiş sistemdə toplanacaq: "Kommunal operatorların sistemləri inteqrasiya olunacaq. Real vaxt rejimində məlumat mübadiləsi təmin ediləcək, abonentlərə dəqiq və operativ xidmət göstəriləcək. Xidmətlərin 50 faizi və bildirişlər "myGov" üzərindən təqdim ediləcək. Elektron hökumət xidmətləri daha əlçatan olacaq. Ödənişlər və məlumat əldə etmə prosesi sadələşdiriləcək. Vətəndaşlar üçün rahat interfeys və sürətli əməliyyatlar təmin olunacaq".

E.Abbasovun fikrincə, bu sistemin yaradılması bir çox problemi aradan qaldıracaq: "Beləliklə, vətəndaşlar bir fin kod üzərindən istədikləri an bütün məlumatlarını görəcəklər. Vətəndaş sərfiyyatından əmin olacaq. Hesablamalarını aparacaq, büdcəsini təyin edəcək".

"İnsan faktoru aradan qalxacaq"

Ekspert bildirdi ki, yeni sistem ünvan problemlərini kökündən çözəcək: "Hazırda bəzi yeni qəsəbələrdə ünvan problemləri var. Hər bir kommunal ödəniş üzrə fərqli ünvan göstərilir. Yəni su qəbzində fərqli, qaz qəbzində fərqli ünvan olur. Sistemin tətbiqindən sonra bu kimi problemlər aradan qalxacaq".

Müsahibimizin sözlərinə görə, növbəti addım sayğaclarla bağlıdır. Sistemin tətbiqindən sonra quraşdırılacaq yeni nəsil "ağıllı sayğaclar" birbaşa mərkəzdən idarə olunacaq: "Artıq sahə müfəttişlərinə ehtiyac aradan qalxır. Sayğaclarla qurumlar mərkəzdən əlaqə yarada biləcəklər. Bu sistemin hədəflərindən biri kommunal xidmətlərin ödənişi zamanı insan faktorunu aradan qaldırmaqdır. Çünki harada insan faktoru olursa, orada müəyyən neqativ hallar ola bilir. Artıq bir çox qurumlar ağıllı sayğacları test edir, pilot layihələr həyata keçirirlər". Son.az

İran Prezidenti: Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət nəzərdə tutmuruq like
  • 27 Apr 22:22  
Digərləri İran Prezidenti: Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət nəzərdə tutmuruq

İran Prezidenti: Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət nəzərd

arrow Ətraflı
Pezeşkian: İran və Azərbaycan qonşu olaraq bir birinə çox kömək edə bilər like
  • 27 Apr 22:02  
Siyasət Pezeşkian: İran və Azərbaycan qonşu olaraq bir birinə çox kömək edə bilər

Məsud Pezeşkian: İran və Azərbaycan qonşu olaraq bir birinə çox kömək

arrow Ətraflı
Azərbaycan və İran strateji dialoqu gücləndirir  Pezeşkianın Bakıya səfəri like
  • 27 Apr 21:57  
Siyasət Azərbaycan və İran strateji dialoqu gücləndirir Pezeşkianın Bakıya səfəri

Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.

arrow Ətraflı
7 yaşlı uşaq qıcolmadan öldü like
  • 27 Apr 21:22  
Digərləri 7 yaşlı uşaq qıcolmadan öldü

Şirvanda 7 yaşlı uşaq qıcolmadan ölüb.

arrow Ətraflı
İllər sonra "Kurtlar vadisi"ndən ayrılma səbəbini açıqladı like
  • 27 Apr 21:15  
Şou-biznes İllər sonra "Kurtlar vadisi"ndən ayrılma səbəbini açıqladı

"Arka Sokaklar"da "Rıza baba" obrazını canlandıran Zafer

arrow Ətraflı
Bələdiyyə 46 sənət əsərini zibilliyə atdı like
  • 27 Apr 21:00  
Dünya Bələdiyyə 46 sənət əsərini zibilliyə atdı

Niderlandın Apeldorn şəhərinin bələdiyyəsi səhvən 46 sənət əsərini,

arrow Ətraflı
"Buna görə arıqlaya bilmirəm" like
  • 27 Apr 20:43  
Şou-biznes "Buna görə arıqlaya bilmirəm"

Xalq artisti Könül Xasıyeva artıq çəkidən xilas ola bilməməsinin səbə

arrow Ətraflı
İstanbulda böyük zəlzələ olacaq?  Türkiyəli professordan açıqlama like
  • 27 Apr 20:11  
Digərləri İstanbulda böyük zəlzələ olacaq? Türkiyəli professordan açıqlama

"İstanbulda böyük zəlzələnin baş verməsi üçün ən az 20 və ya 5

arrow Ətraflı
Pezeşkian sabah Azərbaycana gəlir like
  • 27 Apr 19:57  
Digərləri Pezeşkian sabah Azərbaycana gəlir

İran Prezidenti Məsud Pezeşkian sabah Azərbaycana səfər edəcək.

arrow Ətraflı
Lökbatan yolunda qəza: Ölən var like
  • 27 Apr 19:55  
Digərləri Lökbatan yolunda qəza: Ölən var

Bakı-Qazax magistralının Lökbatan qəsəbəsindən keçən hissəsində yol-

arrow Ətraflı
Anasının sevdiyi mahnını oxuyub hönkürhönkür ağladı like
  • 27 Apr 19:54  
Şou-biznes Anasının sevdiyi mahnını oxuyub hönkürhönkür ağladı

Meqastar Tarkan anası Neşe Tevetoğlunun vəfatından sonra ilk dəfə səhnə

arrow Ətraflı
İstanbul zəlzələsində mindən çox binaya zərər dəydi like
  • 27 Apr 19:39  
Digərləri İstanbul zəlzələsində mindən çox binaya zərər dəydi

Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələlərdən son

arrow Ətraflı
Məşhur serialda İstanbul zəlzələsi haqda heyrətamiz dialoq – VİDEO like
  • 27 Apr 19:24  
Şou-biznes Məşhur serialda İstanbul zəlzələsi haqda heyrətamiz dialoq – VİDEO

TRT-də yayımlanan məşhur "Təşkilat" serialında maraqlı bir epi

arrow Ətraflı
Xəzərdə zəlzələ oldu like
  • 27 Apr 19:10  
Digərləri Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
Sabah bu ərazilərdə qaz olmayacaq like
  • 27 Apr 19:10  
Digərləri Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti

arrow Ətraflı