Pezeşkianın Bakı səfərindəki mesaj Arazın o tayından gələn səmimiyyət


Siyasət 29 Apr 2025 17:45:00 87 0

Pezeşkianın Bakı səfərindəki mesaj  Arazın o tayından gələn səmimiyyət

Azərbaycan xarici siyasətində qonşularla dostluq münasibətlərinə həmişə xüsusi önəm verib. Bu baxımdan İranla əlaqələrin gücləndirilməsi dövlət siyasətində mühüm yer tutur. Son dövrlərdə bölgədə yaranan yeni vəziyyət - xüsusilə sülh təşəbbüsləri və iqtisadi əməkdaşlıq imkanları - Azərbaycanla İran arasında münasibətlərin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradıb. İran Prezidentinin Azərbaycana son səfəri də bu baxımdan əhəmiyyət daşıyır. Bu səfər qarşılıqlı inamın artmasına, əməkdaşlıq sahələrinin genişlənməsinə və gələcəkdə münasibətlərin daha da möhkəmlənməsinə təkan verir.

Azərbaycan-İran münasibətləri təkcə siyasi və iqtisadi maraqlara deyil, ortaq tarixə, mədəniyyətə və dini dəyərlərə əsaslanır. Ümummilli Lider Heydər Əliyev dövründə təməli qoyulan bu dostluq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentlərin bir-birinə "əziz qardaşım" deyə müraciət etməsi bu münasibətlərin səmimi xarakter daşıdığını açıq şəkildə göstərir. Bu, sadəcə diplomatik jest deyil, eyni zamanda qarşılıqlı hörmət və etimadın göstəricisidir.

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan-İran biznes forumunda Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasından misralar səsləndirməsi, xüsusilə də "Bir görəydim ayrılığı kim saldı?" misrasını seçməsi çox rəmzi və emosional məna daşıyır.

Bu misra sadəcə ədəbi ifadə deyil, eyni zamanda keçmişdə yaranmış soyuqluqlara, ayrılıqlara və anlaşılmazlıqlara işarədir. Pezeşkianın bu sözləri seçərək səsləndirməsi bir növ həm tarixə hörmət, həm də gələcəkdə münasibətlərin dərinləşdirilməsinə yönəlik səmimi mesaj kimi yozula bilər. Şəhriyarın öz əsərində vətənə və doğmalığa bağlılığı necə vurğulayıbsa, bu jest də iki xalq arasında ortaq mədəni köklərin və qardaşlıq münasibətlərinin ön plana çəkilməsi baxımından təsirli olub.

Prezident Pezeşkianın çıxışında ədəbi-simvolik yanaşma sərgiləməsi diplomatik dildə səmimiyyətin və hörmətin ifadəsidir. Bu da gələcək əməkdaşlığa mənəvi zəmin yaradır.

İranın bir çox ölkə ilə quru sərhədi var, amma ən sabit və etibarlı sərhədi məhz Azərbaycanladır. Prezident İlham Əliyev 2020-ci ilin noyabrında Xudafərinə səfəri zamanı bu məsələyə xüsusi diqqət çəkib. O, Xudafərin körpüsünü "Dostluq körpüsü" adlandıraraq, bu münasibətlərin həm tarixə söykəndiyini, həm də gələcəyə yönəldiyini göstərib.

İki ölkə bərabər hüquqlara əsaslanan, bir-birinin daxili işlərinə qarışmamaq prinsipini qoruyan münasibətlər qurub. Azərbaycan və İran arasında münasibətlərə kənar müdaxilələrin yolverilməz olduğu dəfələrlə vurğulanıb. Xaricdən edilən təxribat cəhdləri isə həm Azərbaycan, həm də İran tərəfindən regionda sabitliyə təhlükə kimi dəyərləndirilir.

Azərbaycanın İranla münasibətləri daim xoş niyyətə əsaslanıb. 2020-ci il müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar fonunda Azərbaycanın təşəbbüsləri - o cümlədən İranın da daxil olduğu 3+3 əməkdaşlıq formatı - bu siyasətin bariz nümunəsidir. Azərbaycan-İran münasibətləri təkcə ikitərəfli deyil, həm də üçtərəfli əməkdaşlıq formatlarında inkişaf edir. Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Rusiya-İran əməkdaşlıq platformaları bu baxımdan əhəmiyyətlidir. Bu formatlarda keçirilən görüşlər regionda sabitlik və tərəfdaşlıq üçün mühüm imkanlar yaradır.

Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində də bir-biri ilə sıx əməkdaşlıq edir. ECO, İƏT, ŞƏT kimi qurumlar bu münasibətlərin daha da inkişaf etməsi üçün geniş imkanlar təqdim edir.

Azərbaycanın coğrafi mövqeyi və tranzit imkanları ölkəmizi regionun əsas nəqliyyat qovşaqlarından birinə çevirir. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, yeni yol və dəmir yolu layihələri, o cümlədən "Araz dəhlizi" ideyası Azərbaycanı həm Qara dənizlə, həm də Fars körfəzi ilə birləşdirən körpüyə çevirir. Rəşt-Astara dəmir yolunun inşası və digər layihələr bölgədə ticarət və iqtisadi əlaqələrin artmasına səbəb olacaq.

Enerji sahəsində də Azərbaycan və İran arasında əməkdaşlıq artır. Azərbaycan enerji potensialını artırmaqla yanaşı, bərpa olunan enerji sahəsində də yeni imkanlar axtarır. İran və Rusiya ilə birlikdə enerji sahəsində əməkdaşlıq yolları araşdırılır və regional enerji bazarının yaradılması müzakirə olunur.

Hazırda İranla ticarət dövriyyəsi istədiyimiz səviyyədə olmasa da, yeni layihələr və siyasi iradə bu sahədə də ciddi irəliləyişlərə yol açır. Gələcəkdə ticarət əlaqələrinin daha da genişlənməsi gözlənilir.

Bütün bu faktlar göstərir ki, Azərbaycan-İran münasibətləri gələcəkdə daha da möhkəmlənəcək və strateji əməkdaşlığa çevriləcək. Ortaq tarix, mədəniyyət və qarşılıqlı hörmət üzərində qurulan bu dostluq, həm iki xalqın rifahına, həm də bölgədə sülh və sabitliyə böyük töhfə verəcək.

Bəxtiyar Umarlı Son.az

XİNdən Avropa Şurasının insan hüquqları üzrə komissarına ETİRAZ like
  • 29 Apr 17:37  
Siyasət XİNdən Avropa Şurasının insan hüquqları üzrə komissarına ETİRAZ

Aprelin 29-da Avropa Şurasının (AŞ) insan hüquqları üzrə komissarı Mayk

arrow Ətraflı
Müğənni efirdə BİABIR oldu: Zaur ifasını yarımçıq kəsdi  VİDEO like
  • 29 Apr 17:30  
Şou-biznes Müğənni efirdə BİABIR oldu: Zaur ifasını yarımçıq kəsdi VİDEO

Azərbaycanda yayımlanan verilişdən olan kadrlar sosial şəbəkələrdə gü

arrow Ətraflı
Tramp yüzlərlə alimi işsiz qoydu like
  • 29 Apr 17:23  
Dünya Tramp yüzlərlə alimi işsiz qoydu

ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya, 2025-ci ilin

arrow Ətraflı
"Pandemiyada bütün maşınlarımı satdım" like
  • 29 Apr 17:17  
Şou-biznes "Pandemiyada bütün maşınlarımı satdım"

Xalq artisti Emin Ağalarov maraqlı etiraf edib.

arrow Ətraflı
Filarmoniyanın aprel ayında keçirilən abonement konsertləri  FOTO like
  • 29 Apr 17:10  
Kriminal Filarmoniyanın aprel ayında keçirilən abonement konsertləri FOTO

2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi il

arrow Ətraflı
Prezident Banqladeşin Baş müşavirini İƏTin 17ci Zirvə Toplantısına dəvət edib like
  • 29 Apr 17:00  
Siyasət Prezident Banqladeşin Baş müşavirini İƏTin 17ci Zirvə Toplantısına dəvət edib

Prezident İlham Əliyev Banqladeşin Baş müşaviri (Baş nazir) Məhəmməd Y

arrow Ətraflı
Azərbaycanın gələcək həkimləri klassiklərin ifası ilə təəccübləndilər  FOTO like
  • 29 Apr 16:55  
Kriminal Azərbaycanın gələcək həkimləri klassiklərin ifası ilə təəccübləndilər FOTO

Fikrət Əmirovun Konfrans-Konsert Mərkəzində Fidan Hacıyevanın İkinci Bey

arrow Ətraflı
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq like
  • 29 Apr 16:49  
Digərləri Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı dayan

arrow Ətraflı
Hərbi xidmətə çağırılanların NƏZƏRİNƏ: "16 may tarixində..." like
  • 29 Apr 16:33  
Digərləri Hərbi xidmətə çağırılanların NƏZƏRİNƏ: "16 may tarixində..."

Regional sənəd qəbulu mərkəzlərində müddətdən artıq həqiqi hərbi xi

arrow Ətraflı
6 manatdan 11 manata qaldırıldı  Yeni QƏRAR like
  • 29 Apr 16:26  
Digərləri 6 manatdan 11 manata qaldırıldı Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertl

arrow Ətraflı
Ədalət simvolu olan 2 bürc  Haqsızlığa əsla susmurlar like
  • 29 Apr 16:20  
Digərləri Ədalət simvolu olan 2 bürc Haqsızlığa əsla susmurlar

Bəzi insanlar üçün həyatın ayrılmaz prinsipi ədalətdir. Astrologiya mü

arrow Ətraflı
Türkiyədə turistləri daşıyan avtobus aşdı  Yaralılar var like
  • 29 Apr 16:16  
Digərləri Türkiyədə turistləri daşıyan avtobus aşdı Yaralılar var

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşı

arrow Ətraflı