Azərbaycanda bu dil sürətlə yayılır Orta məktəblərdə tədris olunacaq?


Digərləri 29 Apr 2025 18:55:00 71 0

Azərbaycanda bu dil sürətlə yayılır  Orta məktəblərdə tədris olunacaq?

Xəbər verdiyimiz kimi, aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfəri baş tutub. Səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən bir sıra mühüm sənədlər imzalanıb. İki ölkə arasındakı əməkdaşlığa töhfə verəcək addımlardan ən önəmlisi isə Azərbaycan və Çin arasında viza rejiminin ləğv edilməsidir. Təbii ki, bütün bunlar ölkəmizdə Çin dilinə olan marağı artıracaq.

Maraqlıdır, görəsən Çin dili də ingilis və rus dilləri kimi ölkəmizdə işlək dilə çevriləcək?

Mövzuya dair fikirlərini Publika.az-la bölüşən təhsil eksperti Kamran Əsədov bildirdi ki, Çin və Azərbaycan arasında münasibətlərin son illərdə yeni mərhələyə qədəm qoyması, xüsusilə viza rejiminin ləğvi, birgə iqtisadi layihələr və strateji əməkdaşlıq çin dilinin ölkəmizdə öyrənilməsinə marağı artırır:

"Rəsmi statistikaya əsasən, hazırda Azərbaycanda 3000-dən çox şəxs çin dilini öyrənmək üçün müxtəlif kurslara və proqramlara qatılır. Bu göstərici hər il orta hesabla 10-15 faiz artım dinamikası göstərir. Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və Xəzər Universitetində çin dili artıq ayrı-ayrı ixtisaslar üzrə tədris olunur. Ümumilikdə, ölkədə təxminən 12 ali və orta ixtisas təhsil müəssisəsində çin dili fakültativ və ya seçmə fənn kimi təklif olunur. Bu, hələlik ölkə miqyasında geniş yayılmadığını göstərir.

"Təhsil haqqında" Qanunun 7-ci maddəsində qeyd olunur ki, təhsil alanlara beynəlxalq əmək bazarında rəqabətə davamlı olmaq üçün xarici dillərin öyrədilməsi əsas prioritetlərdən biridir. Amma hazırda xarici dillərin tədrisi əsasən ingilis və rus dili üzərində qurulub, çin dilinə isə hələlik pilot layihə və ayrı-ayrı təşəbbüslər çərçivəsində yer verilir. Dövlətin bu istiqamətdə konseptual yanaşmaya keçməsi, müvafiq proqramların hazırlanması və məktəblərdə kadr hazırlığının təşkil edilməsi vacib şərtdir".

Ekspertin sözlərinə görə, Çin dilinin dövlət səviyyəsində ikinci və ya üçüncü xarici dil kimi məktəb proqramlarına daxil edilməsi bu istiqamətdə əsaslı irəliləyiş ola bilər:

"Lakin bunun üçün ən böyük çətinlik peşəkar Çin dili müəllimlərinin çatışmazlığı və dərsliklərin məhdudluğudur. Çin səfirliyi və Konfutsi İnstitutunun dəstəyi ilə bəzi məktəblərdə artıq Çin dili kabinetləri yaradılıb. Ancaq bu, ölkə miqyasında sistemli şəkildə genişlənməyib. Çin dili kurslarına tələb əsasən Bakı və iri şəhərlərdə müşahidə olunur. Xüsusilə, beynəlxalq şirkətlərdə, turizm və logistika sektorunda işləmək istəyən gənclər üçün bu dil artıq rəqabət üstünlüyü hesab olunur. Lakin regionlarda belə kursların əlçatanlığı və tədris keyfiyyəti ilə bağlı problemlər davam edir. Kurs qiymətlərinin yüksək olması və peşəkar müəllim çatışmazlığı bu sahədə inkişafın qarşısını qismən alır.

Dövlət proqramı çərçivəsində yeni müəllimlərin Çində hazırlanması, distant təhsil imkanlarının artırılması və çin dili üzrə elektron resursların genişləndirilməsi vacibdir. Dünya təcrübəsində, məsələn, Sinqapur, Malayziya, Avstraliya və Almaniyada çin dili artıq orta məktəblərdə ikinci və üçüncü xarici dil kimi geniş şəkildə tədris olunur, Çində təhsil almaq üçün proqramlar, təqaüdlər və birgə layihələr mövcuddur. Məhz bu ölkələrdə əmək bazarının tələbləri ilə təhsil siyasəti arasında əlaqə aydın hiss olunur".

K.Əsədov son olaraq qeyd etdi ki, Çin ilə iqtisadi, texnoloji, turizm və humanitar əməkdaşlığın dərinləşməsi Azərbaycanda Çin dilini bilməyin vacibliyini artırır:

"Artıq Çindən Azərbaycana gələn turistlərin sayı il ərzində 30 min nəfəri keçib və artan ticarət dövriyyəsi, ortaq biznes layihələri, təhsil mübadilələri fonunda çin dilini bilən kadrlara ehtiyac yaranır. Diplomatik münasibətlərin intensivləşməsi də bu dili bilən mütəxəssislərin perspektivini artırır. Bütün bu amillər onu göstərir ki, çin dilinin tədrisi, müəllim hazırlığı və müasir metodik baza təmin olunarsa, bu dil Azərbaycanın təhsil sistemində rus və ingilis dili kimi geniş yayılmış xarici dillərdən birinə çevrilə bilər.

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallının sözlərinə görə, ADU-da uzun illərdir Konfutsi İnstitutu böyük uğurla fəaliyyət göstərir:

"Çin dilinin təbliğində, tədrisin müasir təlim metodları əsasında keçirilməsində, Çin dili üzrə milli dərsliklərin hazırlanmasında Konfutsi İnstitutunun mühüm rolu var. ADU-nun Konfutsi İnstitutu Azərbaycanda Çin mədəniyyətinin ölkəmizdə təbliği sahəsində əlindən gələni əsirgəmir. Konfutsi İnstitutu təkcə Çin dilini deyil, həmçinin Çin mədəniyyətini yüksək səviyyədə təbliğ edir.

Buna nümunə olaraq təşkil olunmuş "Çinin ənənəvi musiqisi" adlı onlayn layihəni, "Duan-u" bayramına həsr olunmuş poetik onlayn seminarı, "Çin dili körpüsü" beynəlxalq müsabiqəsini, "Çin yelpiyinin incəsənəti" adlı onlayn tədbiri, "Arşın mal alan" operettasının "Çin tarixi" adlı onlayn seminarı, "İki doqquzluq bayramı"na həsr olunmuş "Balaca vətənpərvərlər - Azərbaycanın böyük qurucuları" adlı onlayn tədbiri, "Qarabağ xalçaçılıq məktəbinin inkişafına Çin mədəni təsiri" adlı onlayn tələbə elmi seminarı, "Azərbaycan rəssamlarının yaradıcılığında Çin" mövzusunda onlayn seminarı, Çinin ənənəvi Dunçji (Qışın zirvəsi) bayramına həsr olunmuş onlayn tədbiri və s. nümunə göstərmək olar.

Bununla yanaşı, Konfutsi İnstitutu Çin dili kurslarının dinləyicilərini Çinə birillik təhsil almağa göndərir, məktəblilər və tələbələr üçün "Çin dili körpüsü" kursları təşkil edir. ADU-da bir neçə dəfə Çinin ölkəmizdəki səfirləri və diplomatları ilə görüşlər keçirilib. Eyni zamanda Çin Xalq Respublikasının Xudzou Dövlət Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verir".

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun sözlərinə görə, iki ölkə arasında dostluq və əməkdaşlığın daha da dərinləşməsi, həmçinin müxtəlif sahələrdə əlaqələrin yaxınlaşması bir çox azərbaycanlı gəncin öyrənilən əsas xarici dil kimi məhz Çin dilini seçməsi ilə nəticələnib:

"Hazırda dünyada Çin dilinə maraq göstərənlərin sayı artır. Son illərdə iqtisadi sahədə əldə etdiyi uğurlar səbəbindən Çin dili dünyada ən çox yayılan dillər siyahısında qərarlaşıb.

Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutu çərçivəsində distant Çin dili kursları 2019-cu ildən etibarən fəaliyyətə başlayıb. Bu günə qədər 500-dən çox tələbə bu kurslarda iştirak edib. Əgər 5 il əvvəl kurslara qoşulan tələbələr bu kurslara bir hobbi kimi baxırdısa, bu gün artıq akademik biliklər və karyeralarında inkişaf üçün bu dərsləri hədəf kimi görən tələbələrin sayı artmaqdadır.

Hazırda dərs proqramı digər illərlə müqayisədə daha da optimallaşdırılıb. ADU-nun Konfutsi İnstitutunun bazasında Çin dilinin tədrisinin genişləndirilməsinə yeni təkan verən "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib. Bu sənəddə dil mübadiləsi sahəsində əməkdaşlığın inkişafı ilə yanaşı, iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisi təşviq edilir.

Gələcəkdə daha çox azərbaycanlı tələbələr Çin mədəniyyətini dərindən öyrənəcək, Çinə səfər edəcək və orada oxuyub işləyəcəklər. Onlar iki ölkə arasında dostluq səfiri və əməkdaşlıq "körpü"sünə çevriləcəklər, eləcə də Çin-Azərbaycan ortaq gələcəyi olan icmanın qurulmasına töhfə verəcəklər". Son.az


Xəbərə aid fotolar

Meteohəssas insanlar üçün sabahın like
  • 29 Apr 18:46  
Digərləri Meteohəssas insanlar üçün sabahın

Aprelin 30-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
6,2 ballıq zəlzələ oldu like
  • 29 Apr 18:34  
Dünya 6,2 ballıq zəlzələ oldu

Yeni Zelandiya sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.

arrow Ətraflı
İbtidai siniflərdə yaz tətili başlayır like
  • 29 Apr 18:27  
Digərləri İbtidai siniflərdə yaz tətili başlayır

Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai sini

arrow Ətraflı
"Zəlzələ vaxtı mətbəxdə paltarsız halda kofe içirdim"  VİDEO like
  • 29 Apr 18:25  
Şou-biznes "Zəlzələ vaxtı mətbəxdə paltarsız halda kofe içirdim" VİDEO

Türkiyəli məşhur musiqiçi Attila Atasoy açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Pezeşkianın oğlu da həmin şeiri paylaşdı  VİDEO like
  • 29 Apr 18:12  
Dünya Pezeşkianın oğlu da həmin şeiri paylaşdı VİDEO

İran Prezidenti Məsud Pezeşkianın oğlu Mehdi Pezeşkian sosial media hesab

arrow Ətraflı
May ayında onların bəxti gətirəcək: Bu 3 bürc elə xoşbəxt olacaq ki... like
  • 29 Apr 18:00  
Digərləri May ayında onların bəxti gətirəcək: Bu 3 bürc elə xoşbəxt olacaq ki...

May ayının əvvəlindən etibarən bəzi bürclərin həyatında böyük dəyi

arrow Ətraflı
Vətəndaşlara banklarla bağlı seçim azadlığı veriləcək like
  • 29 Apr 17:55  
Digərləri Vətəndaşlara banklarla bağlı seçim azadlığı veriləcək

"Mərkəzi Bank bank sektorunda təmərküzləşmənin qarşısını almaq

arrow Ətraflı
Sərnişinlərin NƏZƏRİNƏ  Bu marşrut həmin ərazidən keşməyəcək like
  • 29 Apr 17:52  
Digərləri Sərnişinlərin NƏZƏRİNƏ Bu marşrut həmin ərazidən keşməyəcək

10 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir.

arrow Ətraflı
Pezeşkianın Bakı səfərindəki mesaj  Arazın o tayından gələn səmimiyyət like
  • 29 Apr 17:45  
Siyasət Pezeşkianın Bakı səfərindəki mesaj Arazın o tayından gələn səmimiyyət

Azərbaycan xarici siyasətində qonşularla dostluq münasibətlərinə həmiş

arrow Ətraflı
XİNdən Avropa Şurasının insan hüquqları üzrə komissarına ETİRAZ like
  • 29 Apr 17:37  
Siyasət XİNdən Avropa Şurasının insan hüquqları üzrə komissarına ETİRAZ

Aprelin 29-da Avropa Şurasının (AŞ) insan hüquqları üzrə komissarı Mayk

arrow Ətraflı
Müğənni efirdə BİABIR oldu: Zaur ifasını yarımçıq kəsdi  VİDEO like
  • 29 Apr 17:30  
Şou-biznes Müğənni efirdə BİABIR oldu: Zaur ifasını yarımçıq kəsdi VİDEO

Azərbaycanda yayımlanan verilişdən olan kadrlar sosial şəbəkələrdə gü

arrow Ətraflı
Tramp yüzlərlə alimi işsiz qoydu like
  • 29 Apr 17:23  
Dünya Tramp yüzlərlə alimi işsiz qoydu

ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya, 2025-ci ilin

arrow Ətraflı
"Pandemiyada bütün maşınlarımı satdım" like
  • 29 Apr 17:17  
Şou-biznes "Pandemiyada bütün maşınlarımı satdım"

Xalq artisti Emin Ağalarov maraqlı etiraf edib.

arrow Ətraflı
Filarmoniyanın aprel ayında keçirilən abonement konsertləri  FOTO like
  • 29 Apr 17:10  
Kriminal Filarmoniyanın aprel ayında keçirilən abonement konsertləri FOTO

2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi il

arrow Ətraflı