Milli Məclisin iclasının gündəliyi dəyişdi


Digərləri 30 Apr 2025 18:39:00 81 0

Milli Məclisin iclasının gündəliyi dəyişdi

Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Son.az-ın xəbərinə görə, iclasın gündəliyinə daha 1 məsələ "Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında" qanun layihəsi daxil edilib.

Beləliklə, gündəlikdəki məsələlərin sayı 12-dən 13-ə qaldırılıb.

İclasın gündəliyindəki məsələr aşağıdakılardır:

1. "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında", "Standartlaşdırma haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Uşaq hüquqları haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" və "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

6. "Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

7. "Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

9. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

12. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

13. "Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında" qanun layihəsi Son.az

Marmarisdə "KURTARAN2025" sualtı axtarış və xilasetmə təlimləri keçirilib like
  • 30 Apr 18:27  
Digərləri Marmarisdə "KURTARAN2025" sualtı axtarış və xilasetmə təlimləri keçirilib

Türkiyənin Marmaris şəhərində keçirilmiş "KURTARAN-2025" sualt

arrow Ətraflı
Bu kütləvi zəhərlənmə olan məşhur restoranın mətbəxi like
  • 30 Apr 18:26  
Digərləri Bu kütləvi zəhərlənmə olan məşhur restoranın mətbəxi

"Venesiya" şadlıq sarayında baş verən hadisənin səbəbi məlum

arrow Ətraflı
Sabahın tibbimeteoroloji like
  • 30 Apr 18:18  
Digərləri Sabahın tibbimeteoroloji

Mayın 1-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Bakının 5 qəsəbəsinin sakinlərinə şad xəbər: Müasir avtobuslar işləyəcək like
  • 30 Apr 18:07  
Digərləri Bakının 5 qəsəbəsinin sakinlərinə şad xəbər: Müasir avtobuslar işləyəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşınma sahəsind

arrow Ətraflı
Onların sevgisi sonsuzdur: Güclü analıq instinkti olan 4 bürc like
  • 30 Apr 18:00  
Digərləri Onların sevgisi sonsuzdur: Güclü analıq instinkti olan 4 bürc

Bəzi qadınlar ana olmaq üçün doğulurlar - onların qayğısı, istiliyi v

arrow Ətraflı
Özbəkistan parlamenti Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib like
  • 30 Apr 17:55  
Siyasət Özbəkistan parlamenti Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib

Özbəkistan parlamenti Azərbaycanla müttəfiqlik münasibətləri haqqında m

arrow Ətraflı
"ChatGPT"nin qəhvə falı 12 illik evliliyi bitirdi  Ərini evdən qovdu like
  • 30 Apr 17:50  
Dünya "ChatGPT"nin qəhvə falı 12 illik evliliyi bitirdi Ərini evdən qovdu

Yunanıstanda süni intellektin kofe falı bir ailənin dağılmasına səbəb o

arrow Ətraflı
Məşhur ekstrasensdən 2025ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ like
  • 30 Apr 17:41  
Digərləri Məşhur ekstrasensdən 2025ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ

“Canlı Nostradamus” 2025-ci ilin sonu üçün qorxulu proqnoz verdi: Bəş

arrow Ətraflı
Röya buna görə efirlərə çıxmır like
  • 30 Apr 17:35  
Şou-biznes Röya buna görə efirlərə çıxmır

Xalq artisti Röya Ayxan efirlərə çıxmama səbəbini açıqlayıb.

arrow Ətraflı
“İmamoğlu işi” ilə bağlı 18 nəfər həbs edildi like
  • 30 Apr 17:29  
Digərləri “İmamoğlu işi” ilə bağlı 18 nəfər həbs edildi

Türkiyə polisi İstanbul meri Əkrəm İmamoğlu barəsində aparılan araşd

arrow Ətraflı
Əməliyyatda ölən xəstə 3 saat sonra dirildi  FOTO like
  • 30 Apr 17:22  
Dünya Əməliyyatda ölən xəstə 3 saat sonra dirildi FOTO

Türkiyədə nadir tibbi əməliyyatla həyata qaytarılan xəstə gündəm olub

arrow Ətraflı
DSX zabitinə hücum edən idmançı barədə qərar verildi like
  • 30 Apr 17:05  
Digərləri DSX zabitinə hücum edən idmançı barədə qərar verildi

Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirlə

arrow Ətraflı
Qışın isti keməsi problemlər yaradıb  Tezliklə elə olacaq ki... like
  • 30 Apr 16:58  
Digərləri Qışın isti keməsi problemlər yaradıb Tezliklə elə olacaq ki...

Son illərdə qlobal iqlim dəyişiklikləri təbiətdə gözlənilməz təsirl

arrow Ətraflı
DTXnin fəaliyyətinin təmin edilməsi haqqında fərmanda dəyişiklik edildi like
  • 30 Apr 16:53  
Siyasət DTXnin fəaliyyətinin təmin edilməsi haqqında fərmanda dəyişiklik edildi

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin

arrow Ətraflı