İş axtaranların nəzərinə: Ən çox tələb olunan
Digərləri 01 May 2025 06:35:00 383 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiymətləndirmək məqsədilə iş elanlarının genişmiqyaslı kəmiyyət təhlilini aparıb.
Bu xəbəri də oxu: "Porsche" çökür
Son.az xəbər verir ki, son iki ili əhatə edən 25 678 vakansiya nəzərdən keçirilib və ən çox tələb olunan aşağıdakı beş prioritet peşə istiqaməti müəyyən edilib:
- satış təmsilçisi,
- mühasib,
- kredit mütəxəssisi,
- işə qəbul üzrə mütəxəssis,
- satış planlanması.
Təhlillər göstərir ki, bu peşələr üzrə işçi qüvvəsinə daha çox ehtiyacın olması əmək bazarının genişlənməsi və struktur dəyişiklikləri ilə sıx bağlıdır.
Vakansiyaların hər dördündən biri topdan və pərakəndə ticarət sahəsində fəaliyyət göstərən müəssisələrə aiddir.
Bank sektoru isə 9.2 faizlik payla vakansiya sayına görə ilk onluğa liderlik edir. Bu sektor həm yeni iş yerlərinin yaradılması, həm də işçi dəyişkənliyinin yüksək olması ilə seçilir.
Araşdırma, həmçinin göstərir ki, iş elanlarının 76.2 faizində iş təcrübəsi tələb olunur, minimum iş təcrübəsi tələbi isə 1-2 il arasında dəyişir. Vakansiyaların 67.2 faizində ali təhsilin, əsasən, bakalavr səviyyəsi tələb olunur.
Məvacib göstəricilərinə gəldikdə, qeyd edilən 25 678 vakansiyadan yalnız 8.4 minə yaxın vakansiyada əməkhaqqı qeyd edilib. Onlarda təklif olunan məvacib 400 - 7 000 manat arasında dəyişir. Son.az
Tanınmış qarın bölgəsindəki piylərdən qurtulmağın yollarını açıql
Səhərlər içilən qəhvənin sağlamlığa əhəmiyyətli faydaları olduğu
Quru şampundan istifadə saç yumağın yerini vermir - səbəbləri bunlardır
ABŞ-da aparılan bir araşdırma iqlim böhranı səbəbiylə düyüdə arsen
Kiyev Ukraynadakı münaqişənin nizamlanması üçün bəzi ərazilərdən gü
SUV-lər, digər yüngül avtomobillərlə müqayisədə sürücülərə daha ç
Sabirabadda avtomobilin aşması nəticəsində qardaşlardan biri ölüb, digə
İsrail Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üç
Əməkdar artist Sevinc Sarıyeva efirdə canlı oxuya bilməyən tələbəsin
Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Bö
"Now"da yayımlanan "Hudutsuz sevda" serialı sabah yayımla
Mayın 1-i saat 11:00-dan etibarən yeni tədris ili üzrə ümumi təhsil müə
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
