Bu universitetlərdə təhsil haqqı ARTACAQ
Digərləri 13 May 2025 11:35:01 398 0
Azərbaycanda bir sıra özəl universitetlərdə təhsil haqlarının artırılması planlaşdırılır.
Bu xəbəri də oxu: Pişiklərdən yoluxur, beyni məhv edir
Son.az xəbər verir ki, bu barədə modern.az-a universitetlərdən məlumat verilib.
Qeyd edək ki, 2023-2024-cü tədris ili özəl universitetlərin təhsil haqlarında müəyyən artımlarla yadda qaldı. Artımların bu il də davam edəcəyi gözlənilir.
Bakı Biznes Universitetindən verilən məlumata görə, təhsil haqqında ən azı 15-20 faiz artım olacaq. "Bu ildən qəbul olunan dövlət xərcləri də artırıldığı üçün təhsil haqqının da artması normaldır. Yaxın günlərdə Elm və Təhsil Nazirliyi tərəfindən yeni plan yerlərinin təsdiqindən sonra qiymətlər haqqında dəqiq məlumat veriləcək"-deyə ali təhsil müəssisəsindən bildirilib.
Kooperasiya, Xəzər və Azərbaycan universitetlərində isə 2024-2025-ci il təhsil illərində təhsil haqları ilə bağlı artım nəzərdə tutulmayıb.
Odlar Yurdu Universitetindən verilən məlumatda isə bildirilib ki, Elm və Təhsil Nazirliyinə göndərilən plan yerləri və yeni ixtisasların təsdiqindən sonra ödənişlərin artırılıb-artırılmamasına baxılacaq.
Qeyd edək ki, ötən tədris ili müddətində Xəzər Universitetində ixtisasdan asılı olaraq illik təhsil haqları 2500 manatdan 4000 manata qədər dəyişir. Azərbaycan Universitetində bu məbləğ 2000 manat, Bakı Biznes Universitetində isə 2500 manat təşkil edir. Odlar Yurdu və Azərbaycan Kooperasiya universitetlərində də təhsil haqları 2000-2200 manat arasında müəyyən olunub.
Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüs
Ötən il sosial şəbəkələrdə fahişəliyə cəlbetmə maddəsi ilə 6 cina
Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adama "Axmat-Qroz
Bakının Səbail rayonu Mikayıl Hüseynov 14 küçəsində yerləşən binada
Azərbaycanda ictimai nəqliyyat vasitələri üçün müəyyənləşdirilmiş g
Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin dekanı, filolo
Bakıda Nərumanov rayonunda yerləşən məşhur "Şəki" restoranın
Evlənənlərin sayında ötən illə müqayisədə artım müşahidə edilir. D
Prezident İlham Əliyev mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından
Sabunçu rayonunun Maştağa və Qaradağ rayonunun Qızıldaş qəsəbələrind
Bir sıra inşaat materialları istehsalı ilə məşğul olan "ALMET"
Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta
Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza
