Sahil Babayev dövlət vəsaitlərini niyə banklara yerləşdirir? RƏSMİ
Digərləri 19 May 2025 21:12:00 62 0
Maliyyə Nazirliyi dövlət büdcəsinin sərbəst vəsaitlərinin yalnız iri banklarda yerləşdirilməsinin səbəbini açıqlayıb.
Bu xəbəri də oxu: Evinizdəki bu köhnə əşyaları atmayın İçində qızıl var
Son.az xəbər verir ki, bu barədə APA-ya Maliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi müvafiq qaydalarla tənzimlənir. Belə ki, Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları"nın tələblərinə əsasən vahid xəzinə hesabının sərbəst qalığı Azərbaycan Respublikasında bank lisenziyasına malik kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə beynəlxalq kredit reytinqini almış ən iri beş kredit təşkilatında müddətli depozitlərə yerləşdirilə bilər.
Bildirilib ki, depozit hərraclarının keçirilməsinin məqsədi dövlət büdcəsinin sərbəst qalığının effektiv idarə edilməsi ilə büdcəyə əlavə gəlir formalaşdırmaqdır.
Nazirlikdən əlavə edilib ki, vahid xəzinə hesabının qalığında sərbəst vəsaitlər olduqda banklara depozitə yerləşdirilməsi təcrübəsi bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov kiçik və orta bankların da depozit hərraclarında iştirakı məsələsinin Mərkəzi Bank vasitəsilə müzakirə edildiyini bildirmişdi.
Xatırladaq ki, Maliyyə Nazirliyi indiyə kimi iki depozit hərracı keçirib. Bu hərraclarda bir və üç aylıq yerləşdirmə ilə ümumilikdə 1,5 mlrd. manat həcmində sistem əhəmiyyətli banklara depozit yerləşdirilib. Mərkəzi Bankın son reyestrinə əsasən Azərbaycanda sistem əhəmiyyətli banklar ABB, "Kapital Bank", "PAŞA Bank", "Bank Respublika" və "Unibank"dır. AMB aprel ayında sistem əhəmiyyətli banklar siyasıhında dəyişiklik edib və "Xalq Bank"ı "Unibank"la əvəzləyib. Başqa sözlə, sərbəst xəzinə qalığı vəsaitlərindən növbəti hərraclarda da yalnız sistem əhəmiyyətli banklar istifadə edə biləcək.
Kopenhagen Universitetinin alimləri müəyyən ediblər ki, dünyada mavi göz

Azərbaycanın keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxşı

Abşeron rayonu, Məmmədli kəndi ərazisində qadının pansionatdan çıxarı

Bu gün milli ideoloji əsasların formalaşdırılması və inkişaf etdirilmə

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirlə

Müğənni Xatirə İslam maraqlı açıqlamalar verib.

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə x

Müasir dövrdə ali təhsil müəssisələrinin fəaliyyətinin əsas göstəri

19-25 May 2025-ci il tarixlərini əhatə edən həftə astroloji baxımdan əh

İslam İnkişaf Bankı (IsDB) mikro, kiçik və orta sahibkarlığın (KOB) rə

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında

Sabah Şirvan şəhəri və Hacıqabul rayonunda bəzi ərazilərinin qaz təchi

Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.

Sərfəli mobil operator "Nar"ın, həmçinin bp və tərəfdaşların

Müğənni Əminə Şirin açıqlamasına görə onu qınayanlara cavab verib.
