Tənhalıq idrak sağlamlığı üçün risk yaradır – Alimlərdən vacib xəbərdarlıq
Digərləri 05 İyn 2025 05:05:00 90 0
Gənc və orta yaşda uzunmüddətli tənhalıq hissi idrak sağlamlığına mənfi təsir göstərə bilər.
Son.az xəbər verir ki, bu nəticə "Public Health" jurnalında dərc olunan yeni elmi araşdırmada yer alıb.
Tədqiqat çərçivəsində 25-65 yaş arası 172 nəfərin idrak və sosial davranış göstəriciləri iki il ərzində izlənilib. İştirakçılar gündə beş dəfə telefonlarında məntiq və yaddaş oyunları oynayıb, eyni zamanda onların sosial tənhalıq səviyyəsi xüsusi anketlər məsələn, "Özümü tərk edilmiş hiss edirəmmi?" kimi suallarla qiymətləndirilib.
Araşdırmanın nəticələrinə görə, xroniki tənhalıqdan əziyyət çəkən şəxslər təkrar olunan idrak tapşırıqlarında inkişaf göstərməyib. Sosial baxımdan özünü təcrid olunmuş hiss edən bu iştirakçılar idrak səmərəliliyində nəzərəçarpacaq irəliləyiş əldə etməyiblər. Alimlərin fikrincə, bu vəziyyət bəzi neyrodegenerativ xəstəliklərin - o cümlədən Parkinson xəstəliyinin ilkin əlaməti ola bilər. Tədqiqatçılar bildirirlər ki, sosial əlaqələrin qurulması və saxlanması təkcə psixoloji rahatlıq üçün deyil, həm də beyin funksiyalarının qorunması baxımından olduqca vacibdir. Sosial aktivlik beynin öyrənmə, diqqət və yaddaşla bağlı bölgələrinin stimullaşdırılmasına kömək edir.
Mütəxəssislər nə tövsiyə edir?
Alimlər və psixoloqlar insanların, xüsusilə də gənc və orta yaşlı şəxslərin sosial münasibətlərini aktiv saxlamağa və məqsədli ünsiyyətə önəm verməyə çağırırlar. Onların sözlərinə görə, idrak və sosial sağlamlığa erkən mərhələdən etibarən edilən yatırımlar yaşlılıq dövründə beyin sağlamlığının qorunmasında əsas rol oynaya bilər.
Asya Son.az
Uşaqların sağlam inkişafı üçün balanslı və yaşlarına uyğun qidalanm

Məşhur kanadalı rəssam Jean-Paul Riopelə məxsus təxminən 50 min dollar

Siqareti tərgitmək çətin olsa da, doğru üsullarla bu proses daha asan və

"Hörmətli gənc oğlanlar, ailə quracağınız qızdan soruşun ki, uşa

Hindistanda qeyri-qanuni insan orqanı alveri ilə bağlı səs-küylü işdə i

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Xəbər verdiyimiz kimi, Lerikdə itkin düşən Şahin Musa oğlu Şərifovun m

"Əvəllər elə bilirdim ki, heç vaxt ölməyəcəyəm. Allah Hacı Şahi

Xalq artisti Röya Ayxan oğlu Hüseynlə paylaşım edib.

Sabirabadda baş verən yanğın zamanı həlak olan bir ailənin 4 üzvü dəfn

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə uzun müddət sonra görüntü

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran

Bakıda daha bir məşhur restoran sökülür. Hazırda texnika iş başındadı

Amsterdam şəhərində keçirilən və dünyanın aparıcı fintex tədbirləri
