Suriyaya tədarük olunacaq qazın ümumi həcmi açıqlandı
Digərləri 02 Avq 2025 12:49:00 318 0
Suriyaya tədarük olunacaq qazın ümumi həcmi ilk mərhələdə 1,2 milyard kubmetrə qədər olacaq.
Bu xəbəri də oxu: Bakının üstündə qırıcılar uçur VİDEO
Trend xəbər verir ki, bu da uzunmüddətli münaqişə səbəbindən daxili qaz tələbatını ödəməkdə ciddi çətinliklərlə üzləşən və enerji infrastrukturuna ağır ziyan dəymiş Suriyada iqtisadiyyatın bərpası və əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımında mühüm əhəmiyyətə malikdir.
Qeyd edək ki, bu gün Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Suriyanın, Qətərin hökumət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.
Əlavə edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetr təbii qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200-1.300 meqavatlıq istehsal gücü hədəflənir.
Ümumilikdə, yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın yenidən qurulmasında mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Türkiyə üzərindən Kilis xətti ilə Suriyaya çatdırılması Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəzi olma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur.
"Övladım SAT imtahanlarından 1310 bal toplayıb. Amma ADA universitetin
Qaz təchizatı layihəsində Qətər dövlətinin də mühüm töhfəsi var. Az
Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov vəfat
Yay mövsümü ailələr üçün səyahət vaxtıdır, amma uşaqla tətilə ç
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Türkiyənin Trabzon vilayətinin Beşikdüzü rayonunda dəhşətli bir hadisə
Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümu
Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi "QAZ-3302" markalı
Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva vəfat edib.
Şokolad milyonlarla insanın sevdiyi dadlı ləzzətdir. Kiçik bir parça tün
Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiy
Türkiyənin İzmir vilayətinin Çeşmə rayonunda yerləşən əyləncə məka
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərh
Yaxın Şərq onilliklər boyu müəyyən geosiyasi sabitliklərə əsaslanırd
