Biz dost ölkələrlə daha çox layihələrə ümid edirik Suriyanın energetika naziri
Digərləri 02 Avq 2025 13:54:00 69 0
Qardaş Qətər dövlətinə, dost Türkiyə və Azərbaycan respublikalarına bizə göstərdikləri nəcib münasibətə, dürüst dəstəyə və davamlı yardıma görə dərin təşəkkürlərimi bildirirəm. Bu dəstək Suriyanın layiq olduğu mövqeyə - ölkələr arasında qabaqcıl və firavan bir dövlət kimi qayıtmasına yardım edəcək. Biz bu dost ölkələrlə daha çox layihələrə ümid edirik.
Bu xəbəri də oxu: Uşaqla tətilə çıxanlar üçün vacib məsləhətlər
Trend-in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində çıxışı zamanı deyib.
O, əvvəlcə Suriyanın iqtisadi durumu ilə bağlı təəssüratlarını bölüşüb:
"Suriya xalqı uzun illərdir ağır, acılı, iztirablı illər yaşadı. Bu illər həyatın ən sadə tələblərinin belə olmadığı, əsas xidmətlərin, xüsusilə də enerji xidmətlərinin tamamilə yoxa çıxdığı dövrlər idi. Suriya xalqı uzun illər qaranlıq və zülmət içində yaşadı, zavodlar dayandı, həyati obyektlər sıradan çıxdı, iqtisadi fəaliyyət iflic oldu, infrastruktur məqsədli şəkildə dağıdıldı.
Bu, xalqımızın səbr və ucalıqla yaşadığı, sözlə ifadə edilə bilməyəcək qədər çətin bir dövr idi. Amma keçmiş rejimin qaranlığı çəkildikcə, azadlıq şəfəqləri doğduqca, xalqımız dağıntılar altından qalxaraq yeni bir başlanğıca ümidlə baxmağa başladı və layiq olduğu ləyaqətli həyata qovuşmaq arzusu ilə yaşamağa başladı.
Biz ilk gündən rejimin dağıtdıqlarını bərpa etməyə qərarlı olduq və gecə-gündüz yorulmadan enerji istehsalı və ötürmə stansiyalarını, xüsusilə də elektrik, neft və qazın ötürülməsi sahələrini yenidən bərpa etməyə başladıq".
Nazir vurğulayıb ki, bu gün isə fəxrlə və qürurla Suriyanı Türkiyə ilə birləşdirən regional qaz boru kəmərinin açılışı qeyd edilir:
"Google", "Apple", "Amazon" və "Microsoft&qu

Qala qəsəbəsində qəzaya düşən 18 yaşlı yeniyetmə xəstəxanada ölüb

Goranboyda rayonun Tatarlı kəndi ərazisində Muncuqlutəpə nekropolunda arxe

Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji qaynaqlarının v

Yay aylarında isti hava şəraiti ilə bağlı olaraq bəzi qidaların qəbulu

İspaniyada tətilə gedən valideynlər 10 yaşlı övladlarını Barselona hav

Suriyaya tədarük olunacaq qazın ümumi həcmi ilk mərhələdə 1,2 milyard k

"Övladım SAT imtahanlarından 1310 bal toplayıb. Amma ADA universitetin

Qaz təchizatı layihəsində Qətər dövlətinin də mühüm töhfəsi var. Az

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov vəfat

Yay mövsümü ailələr üçün səyahət vaxtıdır, amma uşaqla tətilə ç

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Türkiyənin Trabzon vilayətinin Beşikdüzü rayonunda dəhşətli bir hadisə

Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümu

Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi "QAZ-3302" markalı
