Psixoloqa getmək üçün "həyəcan siqnalları" nələrdir?
Digərləri 05 Avq 2025 01:01:00 69 0
"Bəzən özünü pis hiss edən şəxslərə ətrafdakı insanlar "keçər", "dərd etdiyinə bax" və "çox düşünmə" kimi sözlər deyirlər".
Bu xəbəri də oxu: “Daşınan sərnişinin sayına görə subsidiyanın verilməsinə zərurət var”
Bu sözləri psixoloq Ülviyyə Ağazadə Son.az-a açıqlamasında deyib.
O bildirib ki, bu kimi hallar psixoloqa getmək üçün "həyacan siqnalı" sayılır:
"Adətən xəstələnəndə son ana qədər gözləyirik. Sanki sağlamlığımız üçün narahat olmaq üçün çox şiddətli ağrı hiss etməliyik. Eynilə psixoloqa getmək üçün də hər şeyin alt-üst olmasını və ən kritik hala çatmasını gözləyirlər".
Psixoloqun sözlərinə görə, əslində, bu siqnalları görmək çətin deyil:
"Bu kimi halları yaşamağı artıq daxili dünyandan gələn siqnal kimi qəbul etmək lazımdır. Məsələn, bədənində səbəbini bilmədiyin ağrılar varsa, həyatdan əvvəlki kimi zövq ala bilmirsənsə və hər şey sənə maraqsız gəlirsə, deməli psixoloqa getmək lazımdır. Həmçinin, yuxu rejimin pozulub, daimi gərginlik, səbəbsiz həyəcan və ürəkdöyüntüsü yaşamağın da siqnaldır".
Ülviyyə Ağazadə digər "sinqallar"dan da bəhs edib:
"Özünü çox çıxılmaz vəziyyətdə hiss edirsənsə və qərar vermək çətinləşib, habelə ünasibətlərində eyni problemlər təkrar-təkrar yaşanırsa bu da həmin siqnalın əlamətləridir. Eyni zamanda, "artıq tək bacarmıram" demək də bu problemdən xəbər verir.
Yəni o zaman psixoloji dəstək almağın zamanıdır. Unutmayın, psixoloqa getmək zəiflik deyil, özünə sahib çıxmağın bir formasıdır. Ona görə də özünə dəyər ver və öz səsini eşit".
5 Avqust - Azərbaycan Hərbi Dəniz Donanması Günüdür.

Bakı şəhəri, Səbail rayonunun Buxta küçəsində transformatorda güclü y

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Binəqədi rayonu, Biləcəri qəsəbəsində və Sabunçu rayonu, Kürdəxanı

Teleaparıcı Rövşanə Ağasəfqız Baku TV-nin "Qapqara" verilişin

Əgər konserv üçün düzgün tərəvəz seçilməzsə, qış üçün hazırla

"Samsung"-un ən son qatlanan smartfonlarının, təxminən 12 000 cih

Almaniya hərbi hava qüvvələri Polşaya 5 ədəd "Eurofighter" qır

Avqustun 2-də 16 yaşlı qız Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsin

Avqustun 5-də 2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsinə start

Tanınmış xoreoqraf, Azərbaycanın və dünya xalqlarının rəqslərinin ifa

Ötən günlərdə kütləvi informasiya vasitələrində Ucar rayonu Yuxarı Ş

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun keçmiş birinci mü

2023-cü il fevralın 16-da Şükür Qənbərov 22-ci Polis Bölməsinə gələr
