Azərbaycanın kartof ixracı 43 faizdən çox artıb Bəs yerli bazarda vəziyyət necədir?


Digərləri 17 Avq 2025 15:17:00 67 0

Azərbaycanın kartof ixracı 43 faizdən çox artıb  Bəs yerli bazarda vəziyyət necədir?

2025-ci ilin ilk yarısında Azərbaycanın kartof ixracı kəskin şəkildə artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanvar-iyun ayları ərzində ölkədən 69 min tondan çox kartof ixrac olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 faizdən çox artım deməkdir. Dəyər baxımından isə ixrac yeddi milyon dollar artaraq 27.4 milyon ABŞ dollarına çatıb.

Son.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Həm ixrac, həm də idxal davam edir

Statistik məlumatlara nəzər salarkən, əslində hər şey qaydasında kimi görünür. Həm məhsul bol olub, həm də ölkəyə əlavə valyuta daxil olub. Amma ixracla yanaşı, bu məhsulun idxalı da davam edib. Bəs ümumilikdə kartof bazarında vəziyyət necədir?

2024-cü ildə ölkədə kartof əkinlərinin ümumi sahəsi 46 748.6 hektar təşkil edib. Bu göstərici 2023-cü ildə 49 460.5, 2022-ci ildə isə 54 min 775.7 hektar olub. Ötən il ölkədə ümumilikdə 927 381.7 ton kartof istehsal edilib. Onun da 48.3 min tonu xaricə ixrac edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycana xarici ölkələrdən 42 651.4 ABŞ dolları dəyərində 149 206.0 ton kartof idxal edilib. Bu da kartofun orta gömrük dəyərinin təxminən 285.85 ABŞ dolları/ton (0.29 ABŞ dolları/kq - 0.49 manat) olması deməkdir. Son bir ildə idxal edilən kartofun gömrük dəyərində heç bir dəyişiklik olmayıb. Ən çox kartof İrandan (66 min ton), Gürcüstandan (24 min ton) və Türkiyədən (10 min ton) idxal olunub.

Xatırladaq ki, rəsmi ərzaq balansında ölkə əhalisinin illik kartof istehlakı 840-845 min ton göstərilir.

Xərclərin artması maya dəyərini ciddi şəkildə artırır

Cəlilabad rayonunda kartof əkini ilə məşğul olan təcrübəli fermer Elman Mansurov bildirir ki, bu il məhsuldarlıq pis olmasa da, xərclərin artması qazancı ciddi şəkildə azaldıb: "Məhsuldarlıq əsasən toxumun keyfiyyətindən asılıdır. Məsələn, bəzi toxumlar hektara 20-25 ton məhsul verir, amma "Arizona" sortu ilə 35-40 tona qədər məhsul toplamaq olur. Lakin məsələ burasındadır ki, bu məhsulu əldə etmək üçün çəkilən xərclər illər öncəsi ilə müqayisədə dəfələrlə artıb".

Fermerin sözlərinə görə, torpaq icarəsindən tutmuş, gübrəyə, işçi qüvvəsinə, qablaşdırmaya və nəqliyyata qədər bütün xərclər iki-üç qat bahalaşıb: "Torpaq icarəsi əvvəllər 500-600 manat idi, indi 1 000-1 200 manata qalxıb. El arasında "qırmızı gübrə" deyilən "Nitroammofoska" gübrəsi əvvəllər 11 manat 50 qəpiyə satılırdısa, bu il biz onu 40 manata aldıq. Azot gübrəsi 30 manata başa gəldi. İşçi qüvvəsi də bahalaşıb. Vaxtilə sahədə qadınlar gündəlik 15 manata işləyirdilərsə, bu il 25-30 manat istəyirlər". Fermerin dediyinə görə, bu xərclərə kartof yığımı zamanı istifadə olunan materiallar da əlavə olunur: "Məsələn, kağız kisələr və yapışqan lentlərin qiyməti də kəskin bahalaşıb. Keçən il kağız kisənin bir ədədini 55-60 qəpiyə alırdıqsa, bu il 75-80 qəpik oldu. Yapışqan lentin qutusunu əvvəl 90-100 manata alırdıq, bu il 120-130 manata aldıq. Suvarma aparan fəhlə bir günü 20 manata işləyirdi, indi 35-40 manat istəyir və s. Bu isə məhsulun maya dəyərini ciddi şəkildə artırır".

Xarici bazarlar əsas ümid yeridir

Fermerlər üçün əsas ümid ixrac bazarları olsa da, burada da vəziyyət ürəkaçan deyil. Həmsöhbətimiz deyir ki, nəqliyyat xərcləri və gömrük rüsumları artıb. Amma yenə də Azərbaycan kartof istehsalçıları üçün xarici bazarlar yeganə ümid yeridir: "Əgər Rusiya, Ukrayna, Gürcüstan bazarları olmasa, biz batarıq. Keçən il daha çox məhsul ixrac edə bilmişdik. Bu il nəqliyyat və logistika xərclərinin artması bizi geriyə saldı. Bəzən Rusiya ilə problem yaşanır, məhsulu göndərə bilmirik. Onda məcbur yerli bazarda satırıq. Amma qiymət dərhal düşür. Məsələn, bu yaxınlarda Rusiya ilə problem olanda kartofun topdansatış qiyməti yerli bazarda 35-40 qəpiyə qədər enmişdi".

Elman Mansurov vurğulayır ki, artan xərclər məhsulun qiymətinə əlavə olunsa da, bazar qiymətləri bu dəyişiklikləri əks etdirmir. Fermerlər zərərə işləmək məcburiyyətində qalırlar: "Aprelin sonu, mayın əvvəllərində kartofun topdansatış qiyməti 1 manat 20 qəpiyə çatmışdı. Sonra 80 qəpiyə, daha sonra isə açıq sahələrdə yığım başlayanda 60 qəpiyə qədər ucuzlaşdı. Hər tonun xərci 12-13 min manata başa gəlir. 60 qəpiklə satanda hektardan ancaq 2-3 min manat qazanc qalır".

İstehsalda qeyri-bərabər paylanma

İqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki, kartof bazarındakı dalğalanmalar dərin struktur problemlərinin nəticəsidir: "İstehsal təqvimə görə qeyri-bərabər paylanıb. Yaz və payızda bolluq olur, məhsul bir anda bazara çıxır. Çünki saxlama infrastrukturu zəifdir. Hazırkı dövrdə 60-70 faiz bazar payı yerli kartofa məxsusdur. Bu tendensiya payıza doğru da dəstəklənəcək. Amma qışa doğru yerli məhsulun bazar payı əhəmiyyətli dərəcədə azalır və bazarın 70 faizini idxal kartofu tutur". O, bölgələrdə soyuducu anbarların tikilməsini və dövlət dəstəyinin artırılmasını təklif edir.

"Əvvəl ixrac, sonra daxili bazar"

Kənd təsərrüfatı mütəxəssisi Mircavid Həsənov isə bildirir ki, Azərbaycanın kartofu, xüsusilə Rusiyada brend məhsul kimi tanınır və orada baha satılır: "Bizdə istehsal kifayət qədərdir. Amma məhsul ilk olaraq ixrac olunur. Bu isə o deməkdir ki, daxili bazar ikinci plana keçir. Halbuki, istehsal həcmi elə səviyyədədir ki, əgər ixrac olmasa, ölkə əhalisinin tələbatını tam ödəmək olar. Problem ondadır ki, tələbat var, həcm də var, amma mal xaricə getdiyinə görə yerli bazar boş qalır".

Avqust “restartı”: Zehni və emosional yüklərdən necə azad olaq? like
  • 17 Avq 15:00  
Digərləri Avqust “restartı”: Zehni və emosional yüklərdən necə azad olaq?

Yay aylarının sonu avqust, təbiətin də yeniləndiyi, insanın daxili dünya

arrow Ətraflı
Bu süni intellekt kobud istifadəçilərin suallarına cavab verməyəcək like
  • 17 Avq 14:51  
Digərləri Bu süni intellekt kobud istifadəçilərin suallarına cavab verməyəcək

Süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən "Anthr

arrow Ətraflı
Evdə hazırlanacaq dadlı şirniyyat – çay süfrələrinin vazkeçilməzi olacaq like
  • 17 Avq 14:35  
Digərləri Evdə hazırlanacaq dadlı şirniyyat – çay süfrələrinin vazkeçilməzi olacaq

Yay axşamlarında ailə süfrəsinin başında şirin bir ləzzətə yer vermə

arrow Ətraflı
Melaniya Tramp Putinə göndərdiyi məktubda bunları yazıb  FOTOsu yayıldı like
  • 17 Avq 14:17  
Dünya Melaniya Tramp Putinə göndərdiyi məktubda bunları yazıb FOTOsu yayıldı

ABŞ Prezidenti Donald Tramp Alyaskanın Ankoric şəhərində Rusiya Prezidenti

arrow Ətraflı
İnsan münasibətlərində sərhədlər: “Yox” deməyi öyrənmək like
  • 17 Avq 14:00  
Digərləri İnsan münasibətlərində sərhədlər: “Yox” deməyi öyrənmək

Həyatımızdakı münasibətlərdə öz sərhədlərimizi müəyyən etmək və

arrow Ətraflı
Yalnız üç bürc 1824 avqust tarixlərində həqiqi şans yaşayacaq like
  • 17 Avq 13:39  
Digərləri Yalnız üç bürc 1824 avqust tarixlərində həqiqi şans yaşayacaq

2025-ci ilin 18-24 avqust tarixlərində ulduzlar üç bürc üçün xüsusilə

arrow Ətraflı
Azkalorili pəhriz düşündüyünüz kimi faydalı deyil – Diyetoloqdan xəbərdarlıq like
  • 17 Avq 13:18  
Digərləri Azkalorili pəhriz düşündüyünüz kimi faydalı deyil – Diyetoloqdan xəbərdarlıq

Arıqlamaq məqsədilə kalori miqdarını kəskin şəkildə azaltmaq və salat

arrow Ətraflı
Payıza hazırlaşmaq: Hədəf planlaması və məhsuldar başlanğıc üçün 5 addım like
  • 17 Avq 13:00  
Digərləri Payıza hazırlaşmaq: Hədəf planlaması və məhsuldar başlanğıc üçün 5 addım

Payız fəslinin gəlişi ilə bir çoxumuz yeni başlanğıclar və hədəflər

arrow Ətraflı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb like
  • 17 Avq 12:51  
Digərləri Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Məşhur idman zalları şəbəkəsindən transseksuallar üçün yeni qayda like
  • 17 Avq 12:44  
Dünya Məşhur idman zalları şəbəkəsindən transseksuallar üçün yeni qayda

Məşhur "Virgin Active" idman zalları şəbəkəsi transseksual şə

arrow Ətraflı
NASA Aydakı zəlzələləri əvvəlcədən proqnozlaşdırmağa başlayır like
  • 17 Avq 12:32  
Digərləri NASA Aydakı zəlzələləri əvvəlcədən proqnozlaşdırmağa başlayır

NASA Ay səthində baş verə biləcək seysmik təkanların proqnozlaşdırılm

arrow Ətraflı
Rəqsanə buna görə həbs olunub  İş adamını azadlığa buraxdıracaqmış  TƏFƏRRÜAT like
  • 17 Avq 12:30  
Digərləri Rəqsanə buna görə həbs olunub İş adamını azadlığa buraxdıracaqmış TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vət

arrow Ətraflı
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunub like
  • 17 Avq 12:23  
Digərləri Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunub

Yazıçı Vidadi Babanlı bu gün doğulduğu Qazax rayonunda dəfn edilib.

arrow Ətraflı
Şəkidə yol qəzası baş verib, ölən var like
  • 17 Avq 12:16  
Digərləri Şəkidə yol qəzası baş verib, ölən var

Şəkidə yol qəzası baş verib, ölən var.

arrow Ətraflı
2025ci ilin məşhur kitabları: Nələri oxumağa dəyər? like
  • 17 Avq 12:00  
Digərləri 2025ci ilin məşhur kitabları: Nələri oxumağa dəyər?

2025-ci il ədəbiyyat dünyasında yeniliklər və maraqlı əsərlərlə dolu

arrow Ətraflı