Bu əlamətlər sizdə varsa, həkimə müraciət edin
Digərləri 21 Okt 2025 02:02:00 137 0
Miqren adətən bir tərəfli, döyücü və ya şiddətli ağrı ilə müşayiət olunan xroniki nevroloji bir xəstəlikdir. Bu ağrıya tez-tez ürək bulanması, qusma, işığa və səsə qarşı həssaslıq da qoşulur.
Bu xəbəri də oxu: Bakıda məşhur restoran bağlanır?
Son.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, miqren tutması zamanı ilk növbədə sakit və qaranlıq bir yerə çəkilmək lazımdır. Parlaq işıqlar və yüksək səslər miqren ağrısını daha da artırır. Ağrı başladıqda mümkün qədər sakit, sərin və qaranlıq bir məkanda dincəlmək simptomları yüngülləşdirə bilər. Əgər həkim tərəfindən təyin olunmuş dərman varsa, onu tutmanın ilk əlamətləri görünən kimi qəbul etmək lazımdır, çünki vaxtında qəbul olunmayan dərmanların təsiri zəifləyə bilər. Alına və ya ense nahiyəsinə qoyulan soyuq kompres də damarların daralmasına və ağrının azalmasına kömək edə bilər. Stress də miqreni gücləndirə bildiyi üçün nəfəs məşqləri, sadə relaksasiya və gözləri yumaraq sakit dayanmaq da faydalıdır. Miqrenin səbəblərindən biri də bədənin susuz qalmasıdır, buna görə də təmiz su içmək vacibdir. Əgər tutmalar tez-tez baş verirsə, uzun müddət davam edirsə, dərmanlar kömək etmirsə və ya əvvəllər müşahidə olunmayan yeni simptomlar ortaya çıxırsa, mütləq həkimə müraciət edilməlidir.
Həkimlər hesab edir ki, miqrenlə mübarizədə yalnız müalicə deyil, həm də profilaktik tədbirlər yuxu rejiminə əməl etmək, sağlam qidalanmaq, stressdən uzaq durmaq və fiziki aktiv olmaq böyük rol oynayır. Miqrenlə düzgün mübarizə həyat keyfiyyətini qorumağa kömək edir.
Son günlərdə mövsümi soyuqdəymə və qrip hallarının artması ilə ösk
Son günlərdə artan qrip halları ilə birlikdə öskürək bir çox insan ü
Hacıqabulun Meyniman kəndində 23 yaşlı oğlan ilə 16 yaşlı qızın planl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Suraxanı ra
Bir zamanların "Ağalarova" ləqəbli məşhur modeli Diana Mehdiyev
"Özümü aparıcı hesab etmirəm. İndi də elədir. Aktyor kimi fəaliyy
2024-cü il noyabrın 16-da Bakının Nizami rayonunda qətl hadisəsi olur. Dax
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Ötən gün Xaçmazda baş verən qətlin təfərrüatları məlum olub.
Milli Məclisinin sabiq sədri, hazırda ABŞ-də yaşayan Rəsul Quliyevin qız
Ermənistan-Gürcüstan sərhədindəki "Bavra", "Baqrataşen&quo
Bəzi tikinti materialları insan sağlamlığı üçün zərərlidir.
Məşhur "Kurtlar Vadisi" serialında Eren Eylül obrazını canlandı
Kişilərin reproduktiv sağlamlığı, o cümlədən potensiyası birbaşa qida
Ukrayna Rusiya ilə üç ildir davam edən müharibənin içində olduğu bir va
