Çin maşınlarının "yaralı yeri" Bu problemə görə yolda qalırlar
Digərləri 22 Okt 2025 11:44:00 113 0
Hazırda Bakı və Abşeron ərazisi adeta Çin avtomobillərinin sınaq meydançasına çevrilib. Dünyanın bir çox ölkələrində olduğu kimi, burada da Çin markalı avtomobillər bazarda üstünlük qazanıblar. Paytaxt və ətraf qəsəbələrdə yollarda hər üç avtomobildən ikisinin Çin istehsalı olması artıq adi mənzərəyə çevrilib.
Bu xəbəri də oxu: “Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” AQTA və qəssablar arasında qalmaqal
Son.az xəbər verir ki, istehsal keyfiyyətinə görə Avropa markalarından geri qalmasına baxmayaraq, bu avtomobillər müasir dizaynı, texnoloji funksiyaları və münasib qiymətləri ilə alıcıların marağını cəlb edir.
Lakin avtomobil mütəxəssisləri bu markaların bəzi texniki çatışmazlıqlarına da diqqət çəkirlər. Avtomobil eksperti Seymur Nağıyev bizimmedia-ya açıqlamasında bildirib ki, Çin avtomobillərinin əsas zəif tərəfləri mühərrik sistemi, sürətlər qutusu və material keyfiyyəti ilə bağlıdır:
"Unutmaq olmaz ki, bu avtomobillərin əksəriyyətində CVT və ya robotlaşdırılmış sürətlər qutusu quraşdırılıb. Buna görə bəzən ötürmələrdə gecikmə və ilişmə halları müşahidə olunur. Lakin ən çox qarşılaşılan problem yanacaq sistemindədir. Aşağı keyfiyyətli yanacaqdan istifadə olunduqda zəifliklər daha tez üzə çıxır. Bu səbəbdən yanacaq injektorları, porşenlər və klapanlar tez-tez sıradan çıxır və ən çox sifariş edilən ehtiyat hissələri sırasındadır".
Qaradağ rayonu ərazisində keçirilən əməliyyat nəticəsində narkotiklər
2025-ci ilin oktyabrında Çin siyasi sistemi son onilliklərin ən sərt silkə
Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normall
Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məkt
Əməkdar artist Mehriban Xanlarova "Günə Uğurla" verilişinin qon
Ölkə ərazisində heyvanlar arasında yayılan dabaq xəstəliyinin qarşısı
Landau Education Group ilə ölkənin aparıcı tibb müəssisələrindən olan
2026-cı ildən dövlət sektorunda çalışanların əmək haqlarının yenidə
Paşinyan İrəvanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmi
Ermənistan istiqamətində yüklərin tranzitinə qoyulmuş məhdudiyyətlərin
Türkiyəli tanınmış aparıcı canlı yayımda huşunu itirib.
KOBİA və Qazaxıstanın Xarici Ticarət Palatası arasında bu istiqamətdə s
Artıq vətəndaşlar hərbi xidmətlə bağlı məlumat və bildirişləri &quo
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində i
