Ərinizin kim olacağını belə öyrənə bilərsiniz
Digərləri 26 Okt 2025 06:06:00 74 0
Astrologiyada doğum xəritəsi anadan olduğunuz anda göy cismlərinin yerləşməsi əsasında hazırlanan və həyatımızın əsas istiqamətlərini şərh etdiyinə inanılan cədvəldir. Bu xəritənin evlilik yaşı, evlənəcəyimiz insanın xüsusiyyətləri və münasibətlərdəki dönüş nöqtələri kimi mövzular haqqında ipucları verdiyi iddia olunur.
Bu xəbəri də oxu: Türkiyədə əyləncə məkanına silahlı HÜCUM
Evlənəcəyiniz yaşı necə müəyyən edilir?
Son.az xəbər verir ki, astroloji təfsirlərə görə, bu, planetlərlə müəyyən olunur.
Venera sevgi və münasibətləri, Mars ehtiras və emosional enerjini, Saturn isə evlilik üçün yetkinlik və zamanlamanı təmsil edir.
Saturn xəritədə güclü və uyğun yerləşibsə, erkən evlilik ehtimalı artır. Çətin aspektlər və gərgin yerləşimlər isə daha gec evliliyə və ehtiyatlı yanaşmaya işarə edə bilər.
Cütlük seçimi və bürclər
Doğum xəritəsindəki bürclər və planetlərin yerləşməsi, insanın hansı xarakterdə partnyora meyilli olduğunu göstərə bilər. Məsələn, qoç tipli biri daha lider ruhlu və cəsarətli partnyerlərə, xərçəng xüsusiyyətli biri isə emosional və qoruyucu xarakterli tərəfdaşa yönələ bilər.
Bəzi astroloji yanaşmalar keçmiş həyat təcrübələrinin bu həyatdakı evlilik üzərində təsir göstərə biləcəyini iddia edir. Xəritədə xüsusi planet kombinasiyaları, "karmik əlaqə" kimi şərh olunur və bu bağların evlilik taleyini formalaşdıra biləcəyi söylənir.
Zamanlama və tranzitlər
Evlilik qərarı yalnız doğum xəritəsi ilə deyil, planetlərin zamanla hərəkəti (tranzitlər) ilə də əlaqələndirilir. Uranus tranziti ani qərarlara, Yüpiter tranziti isə münasibətlərdə uğurlu başlanğıclara səbəb ola bilər. Retrograd dövrlərdə isə evlilik qərarlarının daha ehtiyatla verilməsi tövsiyə olunur. /Lent.az
Müğənni Nəfəs toy mərasimində arxiv görüntüsü ilə diqqət çəkib.
Uzun müddətdir Azərbaycandan köçüb ABŞ-də yaşayan aparıcı Günel Hüm
Müğənni Rəqsanə İsmayılovanın arxiv görüntüləri sosial şəbəkələ
Artan rütubət və istilik quru meyvələrin qısa müddətdə xarab olmasına
Toyuğun dadını və ətrini artırmaq üçün ən çox istifadə edilən ədvi
Paytaxtın Səbail rayonu ərazisində söküntü işlərinə başlanılacaq.
Aparıcı Aytəkin Mərdanova sosial şəbəkələrdə tənqid edilib.
Musiqi və İncəsənət Mərkəzinin müəllimi iş yerində ölüb.
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horosco
İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı, Azərbaycanın Əməkdar artis
Xəbər verdiyimiz kimi, bu gün Ana Vətən Partiyasının qurultayında Fəzai
Xəbər verdiyimiz kimi, Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin
Xəbər verdiyimiz kimi, bu gün Ana Vətən Partiyasının qurultayında Fəzai
