Bu yaş dövründə idman edənlərin beyni gec qocalır
Digərləri 28 Okt 2025 21:07:00 60 0
"Beyin sağlamlığının bünövrəsi bu yaş dövründə qurulur"
Bu xəbəri də oxu: Gəncədə ağır qəza Ölən və yaralananlar var
Koqnitiv sağlamlığı, yəni yaddaşın, diqqətin və düşünmə qabiliyyətini qorumaq üçün qayğıya gənc yaşlardan başlamaq vacibdir.
Son.az xəbər verir ki, bunu Rusiyanın Koqnitiv Sağlamlıq Mərkəzinin rəhbəri, nevroloq Yuliya Şpilyukova deyib. O bildirib ki, beyin sağlamlığının əsası 20-30 yaş dövründə qoyulur.
Onun sözlərinə görə, koqnitiv geriləmənin qarşısını almağın əsas amillərindən biri fiziki aktivlikdir. Həkim həftə ərzində ən azı 150 dəqiqəlik kardio məşqləri (üzgüçülük, yüngül qaçış, sürətli gəzinti və s.) tövsiyə edir. Bundan əlavə, güc məşqləri və sağlam həyat tərzi vərdişləri də beyin fəaliyyətini dəstəkləyir.
Şpilyukova qeyd edib ki, nizamlı həkim müayinələri, xüsusilə təzyiq, şəkər və xolesterin səviyyəsinin nəzarətdə saxlanması beynin zədələnmə riskini azaldır.
Mütəxəssis həmçinin görmə və eşitmə problemlərinin vaxtında aradan qaldırılmasının vacibliyini vurğulayıb, çünki informasiya axınının azalması beyin fəaliyyətini zəiflədir.
Bundan əlavə, yuxu rejiminə əməl etmək (7-9 saat yuxu) və sosial əlaqələri qorumaq da mühüm sayılır. Şəxsin cəmiyyətdən təcrid olunması yaddaşın və düşünmənin zəifləməsini sürətləndirə bilər.
"Əgər gündəlik həyatda yaddaş pozğunluğu, təkrarlanma, evdən çıxmaq qorxusu kimi əlamətlər müşahidə edilirsə, həkimə müraciət etmək lazımdır. Erkən diaqnoz beyin funksiyalarının pisləşməsini xeyli ləngidə bilər", - deyə həkim bildirib.
Onun fikrincə, davamlı fiziki aktivlik, müsbət emosiyalar, sosial həyat və sağlam yuxu rejimi uzunmüddətli beyin sağlamlığının əsas açarlarıdır.
İsmayıl Son.az
Sevilən yeməklərdən olan quru lobya həm dadlı, həm də faydalı bir qidad
Məşhur aktyor Çağatay Ulusoy yeni filmi "Uykucu"nun qala nümayiş
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xırda
Kulis.az Ülvi Bahadırın Xalq artisti Firəngiz Mütəllimova ilə müsahibəs
Bakıda son illər "yaşıllıq" adı ilə sürətlə yayılan bir ağ
Bura, bu bölgə (Zəngilan - red.) çox önəmli nəqliyyat mərkəzlərindən
Bu gün "Böyük Qayıdış"ın növbəti mərhələsidir.
İstanbul Baş Prokurorluğu tərəfindən "casusluq" ittihamı ilə a
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngi
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəs
"Rəngarəng" verilişində gərgin anlar yaşanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngi
Sosial şəbəkələrdə bir kişinin qadına şiddət göstərməsi ilə bağl
Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvə
