Netanyahu ordusuna Qəzzaya hücum əmri verdi


Dünya 28 Okt 2025 21:51:00 66 0

Netanyahu ordusuna Qəzzaya hücum əmri verdi

İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəsin qüvvədə olmasına baxmayaraq, Qəzza zolağına dərhal şiddətli hücum həyata keçirilməsi barədə orduya göstəriş verib. Yerli mətbuat Netanyahunun açıqlamasından dərhal sonra İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah şəhərinə hava zərbələri endirdiyini bildirib.

Son.az xəbər verir ki, HƏMAS isə bu hadisədən sonra əsir cəsədlərinin bu gün İsrail tərəfinə təhvil verilməsinin təxirə salındığını açıqlayıb.

İsrail mətbuatının məlumatına görə, Netanyahu təhlükəsizlik rəsmiləri ilə keçirdiyi iclasda "atəşkəsin pozulmasına cavab olaraq" Qəzzaya genişmiqyaslı hərbi əməliyyatların başlanmasına qərar verib. İclasdan sonra ordunun dərhal əməliyyata başlaması barədə göstəriş verilib.

Netanyahunun bəyanatı yayımlandığı anda, İsrail hərbi təyyarələri Qəzzanın cənubundakı Rəfah şəhərini bombardman edib. Günün əvvəlində İsrail tərəfi bölgədəki əsgərlərinə atəş açıldığı iddiasını irəli sürmüşdü.

İsrailin "Kanal 13" televiziya kanalının xəbərinə görə, Netanyahu iclasda ordunun Qəzzadəkı nəzarət xəttini - "Sarı Xətt" adlanan bölgəni genişləndirmək planını müzakirə edib və bu barədə ABŞ administrasiyasını məlumatlandırıb. Vaşinqtonun isə İsrailin Qəzzadəkı işğal zonasını genişləndirmə planına razılıq verdiyi iddia olunur.

Hələlik atəşkəsi pozduğu iddia edilən HƏMAS-a hansı cavabın veriləcəyi barədə yekun qərar qəbul edilməyib. Məlumata əsasən, İsrail ordusunun rəhbərliyi Qəzzaya hücumların bərpası da daxil olmaqla bir sıra təkliflər irəli sürüb, Netanyahu isə son qərarın ABŞ-la koordinasiyalı şəkildə verilməli olduğunu bildirib.

İsrail tərəfi bəzi görüntülər yayaraq HƏMAS-ı əsirlərin cəsədlərini əvvəlcədən basdırıb, sonra guya Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə tapılmış kimi göstərməkdə günahlandırıb.

HƏMAS-ın açıqlamasında bildirilib ki, bu gün İsrail tərəfinə təhvil verilməsi planlaşdırılan əsir cəsədləri, İsrailin atəşkəsi pozması səbəbilə təxirə salınıb.

Xatırladaq ki, İsrail ilə Hamas arasında 10 oktyabrda atəşkəs və əsir mübadiləsi razılaşması əldə edilmişdi. Razılaşmaya əsasən, İsrail ordusu "Sarı Xətt" adlanan bölgədən çəkilmiş və həmin gün saat 12:00-dan atəşkəs qüvvəyə minmişdi.

Razılaşmadan sonra Hamas İsrailə 17 əsir cəsədini təhvil vermiş, lakin İsrail tərəfi bunlardan bəzilərinin Qəzzadəkı əsirlərə aid olmadığını iddia etmişdi. Hal-hazırda Qəzzada 13 İsrailli əsirin cəsədinin qaldığı bildirilir.

İsrail isə bu vaxta qədər 195 fələstinlinin cəsədini Beynəlxalq Qızıl Xaç vasitəsilə təhvil verib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, bu cəsədlərdən cəmi 72-nin kimliyi müəyyən edilib.

Qəzza hökumətinin Media Ofisinin rəhbəri İsmayıl əs-Sevabite bildirib ki, İsrailin təhvil verdiyi cəsədlərin bəzilərində işgəncə və yaxın məsafədən güllələnmə izləri aşkar edilib. 

Lalə Qüdrətova Son.az


Xəbərə aid fotolar

"Şəbnəm, Vəfa, Pünhan mahnılarımı pis günə qoyublar" like
  • 28 Okt 21:35  
Şou-biznes "Şəbnəm, Vəfa, Pünhan mahnılarımı pis günə qoyublar"

Dillər əzbəri olan saysız mahnının müəllifi və ilk ifaçısı Tağı Sa

arrow Ətraflı
Bu yaş dövründə idman edənlərin beyni gec qocalır like
  • 28 Okt 21:07  
Digərləri Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

"Beyin sağlamlığının bünövrəsi bu yaş dövründə qurulur"

arrow Ətraflı
30 illik aşpaz bu üsulla quru lobyanın qazını yox edir like
  • 28 Okt 20:51  
Digərləri 30 illik aşpaz bu üsulla quru lobyanın qazını yox edir

Sevilən yeməklərdən olan quru lobya həm dadlı, həm də faydalı bir qidad

arrow Ətraflı
Çağatay səhnədən enib sevgilisini qucaqladı like
  • 28 Okt 20:36  
Şou-biznes Çağatay səhnədən enib sevgilisini qucaqladı

Məşhur aktyor Çağatay Ulusoy yeni filmi "Uykucu"nun qala nümayiş

arrow Ətraflı
Xırdalanda binada yanğın baş verib like
  • 28 Okt 20:24  
Digərləri Xırdalanda binada yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xırda

arrow Ətraflı
Bakıda geniş yayılan bu ağacın ziyanı faydasından çoxdur like
  • 28 Okt 19:26  
Digərləri Bakıda geniş yayılan bu ağacın ziyanı faydasından çoxdur

Bakıda son illər "yaşıllıq" adı ilə sürətlə yayılan bir ağ

arrow Ətraflı
Prezident: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək like
  • 28 Okt 19:24  
Siyasət Prezident: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək

Bura, bu bölgə (Zəngilan - red.) çox önəmli nəqliyyat mərkəzlərindən

arrow Ətraflı
İlham Əliyev: Bu gün “Böyük Qayıdış”ın növbəti mərhələsidir like
  • 28 Okt 19:17  
Siyasət İlham Əliyev: Bu gün “Böyük Qayıdış”ın növbəti mərhələsidir

Bu gün "Böyük Qayıdış"ın növbəti mərhələsidir.

arrow Ətraflı
Bakıda güclü yanğın başladı like
  • 28 Okt 19:14  
Digərləri Bakıda güclü yanğın başladı

Paytaxtın Binəqədi rayonunda güclü yanğın başlayıb.

arrow Ətraflı
İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı like
  • 28 Okt 19:09  
Siyasət İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

İstanbul Baş Prokurorluğu tərəfindən "casusluq" ittihamı ilə a

arrow Ətraflı
İlham Əliyev Zəngilanda 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub like
  • 28 Okt 19:06  
Siyasət İlham Əliyev Zəngilanda 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngi

arrow Ətraflı
Dabaq xəstəliyi əleyhinə saxta dərman hazırlayırlarmış like
  • 28 Okt 19:05  
Kriminal Dabaq xəstəliyi əleyhinə saxta dərman hazırlayırlarmış

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəs

arrow Ətraflı