Şahin Bağırovun göstərişinə işçisi Tural Həsənli əməl etmədi –


Digərləri 01 Noy 2025 16:25:00 68 0

Şahin Bağırovun göstərişinə işçisi Tural Həsənli əməl etmədi –

"Lion Centre" MMC-nin direktoru Ramil Aslanov Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxslərindən şikayətçidir.

Globalinfo.az-a müraciət edən iş adamı komitə sədrinin qəbulunda olsa və qarşılaşdığı problemlərin həlli barədə göstərişlər verilsə də, DGK-nın bəzi vəzifəli şəxslərinin məsələyə biganə və qərəzli yanaşdığını deyib.

O, Dövlət Gömrük Komitəsi Hüquqi Təminat İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Tural Həsənlinin rəhbəri olduğu şirkətə qarşı qərəzli münasibət bəslədiyini iddia edib:

"Xarici iqtisadi fəaliyyətlə məşğul olan direktoru olduğum "Lion Centre" MMC fəaliyyətini ölkəmizin qanunvericiliyini və hüquqi aktları rəhbər tutmaqla həyata keçirir. Lakin gömrük orqanının ayrı-ayrı vəzifəli şəxslərinin şirkətimizə qarşı xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi səbəbindən hüquqlarımızı müdafiə etmək üçün dəfələrlə müxtəlif qurumlara, o cümlədən Gömrük Komitəsinə və məhkəmələrə müraciət etmişik. Həmçinin dəfələrlə DGK-nin sədri Şahin Bağırovun qəbulunda olmuş, qarşılaşdığımız problemləri onun da diqqətinə çatdırmışam".

R.Aslanov bildirib ki, Ş.Bağırov dəfələrlə üzləşdiyi problemlərin həlli üçün qurumun aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə göstərişlər verib:

"Təəssüf ki, DGK sədrinin verdiyi göstərişlərin əksəriyyəti gömrük orqanının bəzi vəzifəli şəxsləri tərəfindən icra edilmir. Bu vəzifəli şəxslərdən biri də Komitənin Hüquqi Təminat İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Tural Həsənlidir. Onun timsalında rəhbərlik etdiyim şirkətə və şəxsən mənə qarşı şəxsi qərəzli münasibət açıq aşkar göz önündədir. Ümumiyyətlə, gömrük orqanlarında mənim kimi bir çox iş adamlarına qarşı qanunsuzluqlar edilir. Belə ki, iş adamlarına qarşı həyata keçirilən süründürməçiliklər onların fəaliyyətinə mane olur və nəticədə iqtisadiyyatımıza zərbə dəyir. Son olaraq şirkətimin qarşılaşdığı problemlərin həlli məqsədilə Şahin Bağırovun şəxsi göstərişi əsasında 29 oktyabr 2025-ci il tarixdə saat 10:10-da DGK-nin Katibliyinin rəisi, gömrük xidməti polkovniki Elvin Məmmədov tərəfindən qəbul olundum. Həmin qəbulda iştirak edən Hüquqi Təminat İdarəsinin rəisi Tural Həsənli həmişəki qeyri-obyektiv mövqeyini yenə də sərgilədi, qaldırdığımız məsələlərə hüquqi qiymət verməli olduğu halda, xidməti səlahiyyətlərinin hüdudlarından aşkar surətdə kənara çıxan hərəkətlər edərək bəzi gömrük orqanları vəzifəli şəxslərini müdafiə etdi, MMC-yə qarşı bəzi vəzifəli şəxslər tərəfindən süni şəkildə yaradılan problemlərə görə "Lion Centre" MMC-nin direktoru qismində məni günahlandırdı. Həmçinin təqdim etdiyim sübut və faktlara hüquqi qiymət verməyərək qəbul prosesi davam etdiyi halda, oturduğu yerdən qalxaraq oranı tərk etdi və şirkətimizin qarşılaşdığı problemlərin təxirəsalınmadan həll olunması məqsədilə Şahin Bağırovun göstərişinin icrasına bilərəkdən bilavasitə mane oldu".

İş adamı əlavə edib ki, 01251000204009 nömrəli gömrük bəyannaməsi ilə birgə Bakı Baş Gömrük İdarəsinin Vüsal Ələkbərov adlı gömrük rəsimləşdirməsini həyata keçirən vəzifəli şəxsi tərəfindən gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsi ilə 19 may 2025-ci il tarixdə 15:51-də geri qaytarmaqla CDD2512176348 nömrəli "Gömrük dəyərinə düzəliş edilməsi üçün bildiriş"də gömrük dəyərinin hesablanması üçün əsas səhf olaraq göstərilib:


Xəbərə aid fotolar

"Boyum 151 smdir, gizlətmirəm" like
  • 01 Noy 16:12  
Şou-biznes "Boyum 151 smdir, gizlətmirəm"

Müğənni Bahar Lətifqızı maraqlı etiraf edib.

arrow Ətraflı
GTA VI belə olacaq like
  • 01 Noy 16:00  
Digərləri GTA VI belə olacaq

GTA VI-nın süjeti ilə bağlı yeni detallar açıqlanıb.

arrow Ətraflı
Asiyanın ən zəngin ailəsi 20 avtomobillik karvanla Dubayda gəzir like
  • 01 Noy 15:49  
Digərləri Asiyanın ən zəngin ailəsi 20 avtomobillik karvanla Dubayda gəzir

Asiyanın ən varlı ailələrindən olan Ambani ailəsi Dubayda 20 avtomobildə

arrow Ətraflı
“iPhone 20”nin dizaynında köklü dəyişiklik – like
  • 01 Noy 15:39  
Digərləri “iPhone 20”nin dizaynında köklü dəyişiklik –

Yubiley modeli "Apple" tarixində ən radikal dizayn dəyişikliyi ola

arrow Ətraflı
Qızı şikayət etdi, direktorun 100 minlik yeyintisi like
  • 01 Noy 15:38  
Digərləri Qızı şikayət etdi, direktorun 100 minlik yeyintisi

Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Vüqar Həsənov adına M

arrow Ətraflı
Vəfanın ifası zamanı kişinin baxışları GÜNDƏM OLDU like
  • 01 Noy 15:24  
Şou-biznes Vəfanın ifası zamanı kişinin baxışları GÜNDƏM OLDU

Müğənni Vəfa Şərifova paytaxtın istirahət məkanlarının birindən gör

arrow Ətraflı
"Ded Xasan"ın qardaşı oğlu SAXLANILDI like
  • 01 Noy 15:23  
Kriminal "Ded Xasan"ın qardaşı oğlu SAXLANILDI

Rusiyada xüsusi təyinatlı qüvvələr "Giya Sverdlovski" kimi tanı

arrow Ətraflı
Toyda gəlinin açıqsaçıq geyimi müzakirə yaratdı like
  • 01 Noy 15:10  
Digərləri Toyda gəlinin açıqsaçıq geyimi müzakirə yaratdı

Sosial şəbəkələrdə yayılan toy görüntüləri geniş müzakirələrə s

arrow Ətraflı
Android iOSdan daha təhlükəsiz imiş like
  • 01 Noy 15:00  
Digərləri Android iOSdan daha təhlükəsiz imiş

"Google" şirkətinin apardığı araşdırma Android əməliyyat sist

arrow Ətraflı
"Elə bil sənin arvadın orada oturub, o da lüt vəziyyətdə..." like
  • 01 Noy 14:49  
Şou-biznes "Elə bil sənin arvadın orada oturub, o da lüt vəziyyətdə..."

Meyxanaçı Zarina qalmaqallı açıqlaması ilə diqqət çəkdi.

arrow Ətraflı
Noyabr bu BÜRCLƏR üçün like
  • 01 Noy 14:24  
Digərləri Noyabr bu BÜRCLƏR üçün

2025-ci ilin noyabr ayı bəzi bürclər üçün dərin emosional dəyişiklikl

arrow Ətraflı
Abşeronda yeniyetmə faciəvi şəkildə öldü like
  • 01 Noy 14:14  
Digərləri Abşeronda yeniyetmə faciəvi şəkildə öldü

Abşeron rayonunda yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq həyatını i

arrow Ətraflı
Adriana Limanın makiyajsız halı GÜNDƏM OLDU like
  • 01 Noy 14:04  
Şou-biznes Adriana Limanın makiyajsız halı GÜNDƏM OLDU

Məşhur model Adriana Limanın son paylaşımı sosial mediada böyük səs-kü

arrow Ətraflı
Barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı like
  • 01 Noy 13:57  
Dünya Barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

Moskva neyrocərrahları nadir rast gəlinən onurğa beyni şişi olan xəstən

arrow Ətraflı
Metroda yeni üsulla ödəniş mümkün olacaq like
  • 01 Noy 13:56  
Digərləri Metroda yeni üsulla ödəniş mümkün olacaq

Metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləc

arrow Ətraflı