Bayram günlərində Bakıda 10 dərəcə isti olacaq
Digərləri 30 Dek 2025 09:13:00 56 0
31 dekabr-2 yanvar tarixlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Bu xəbəri də oxu: 30 yaşdan sonra nə yemək olmaz?
Bu barədə Son.az-a Hidrometerologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında
Dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, sürəti 15-18 m/s təşkil edəcək, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti olacaq.
Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti olacaq.
Yanvarın 2-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda
31 dekabr tarixində hava şəraitinin əsasən yağmursuz olacağı, lakin 31-i axşamdan yanvarın 2-si səhərədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 0-5° isti olacaq. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimalı var.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşamdan yanvarın 2-si axşamadək bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimalı var.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşam dağlıq ərazilərdən başlayaraq yanvarın 2-si axşamadək bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, dağlıq ərazilərdə 10-13° şaxta, gündüz 0-5 dərəcə isti, dağlıq ərazilərdə 3°-dək şaxta olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşamdan yanvarın 2-si gündüzədək dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 4-7° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşam dağlıq ərazilərdən başlayaraq yanvarın 2-si axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 7-10° şaxta, yüksək dağlıq ərazilərdə 11-15° şaxta, gündüz 3° şaxtadan, 2°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada
Hava şəraitinin dekabrın 31-də əsasən yağmursuz keçəcəyi, lakin yanvarın 1-i axşamdan yanvarın 2-si axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, bəzi yerlərdə 2°-dək isti, gündüz 6-10° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda
Hava şəraitinin dekabrın 31-də əsasən yağmursuz keçəcəyi, lakin 1-i axşamdan yanvarın 2-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq. Şimal-şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 0-3° isti olacaq.
Almaniyada avtomobil sektorunda daha bir iflas qeydə alınıb.
"Hər adama həmkar, hər əlinə mikrofon tutana müğənni demirəm"
Yeni il süfrələri təkcə dad üçün deyil, həm də il boyu bizi müşayiə
Evlərdə tez-tez yol verilən kiçik bir laqeydlik gözləniləndən daha böy
Yüz illərdir ki, biz dünyanı görmə, eşitmə, qoxu, dad və toxunma vasit
"Aygün Kazımova ilə aramızı elə maqazin verilişləri vurdu. O, vaxtl
İnsanların sizə verdiyi dəyər, sizi öz həyatlarındakı "prioritetl
Mütəxəssislər bildirirlər ki, 30 yaşdan sonra maddələr mübadiləsi yava
Nevrologiya Mütəxəssisi Dr. Elif Sarıönden Gencer stress, narahatlıq və q
Xərçənglə mübarizə sahəsində aparılan yeni elmi araşdırma diqqət ç
ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Binyamin Netanyahu ilə keçir
Xaricdə yeni həyat qurmaq arzusunda olanlar üçün gözlənilən siyahı aç
Meyxanaçı Orxan Lökbatanlı xanımına açdığı mağazadan danışıb.
Maye sabun şüşələrinin göz qırpımında boşaldığını hiss etmisinizmi
