İftarda edilən bu səhvlər infarkta gətirib ÇIXARIR
Digərləri 18 Fev 2026 17:15:00 233 0
Ramazan ayında iftar və sahurda edilən bəzi yanlış qidalanma vərdişləri infarkt riskini artıra bilər.
Son.az xəbər verir ki, həkim Gökhan Ceyhun qan şəkərinin ani yüksəlməsi və lipit profilinin pozulmasının ürək sağlamlığına mənfi təsir göstərdiyini bildirib və Ramazan ayında sağlam qidalanma ilə bağlı xüsusi məqamları açıqlayıb.
Hipertoniya, damar tıxanıqlığı və ürək çatışmazlığı olanlara duz və xolesterindən uzaq durmağı tövsiyə edən mütəxəssis orqanizmin ac qalmağa tədricən öyrəşməsinin vacibliyini vurğulayıb.
Ürək çatışmazlığı olmayan, ürək əzələsinin yığılma gücü 50-55%-dən yüksək olan şəxslərin oruc tutmasının problem yaratmayacağını bildirən Ceyhun uzun müddət ac qaldıqdan sonra iftarda yüksək kalorili və yağlı yeməklərin birdən-birə qəbulu ilə qan şəkərinin və yağ səviyyəsinin kəskin artmasının ürəyə mənfi təsir edə biləcəyini qeyd edib. O, ürək xəstələrinin orucluq dövründə yeməklərini iftar və sahur arasına yaymasının daha faydalı olacağını bildirib.
Həkim infarkt keçirən, stent qoyulan, yüksək təzyiqi olan və angioqrafiya edilən şəxslərin oruc tutub-tutmaması ilə bağlı çoxlu suallar aldıqlarını bildirib. Ürək çatışmazlığı olanların uzun müddət susuz qalmasının böyrəklərə əlavə yük gətirə biləcəyini və bu səbəbdən onların oruc tutmasının tövsiyə edilmədiyini vurğulayıb. Ancaq son bir ayda infarkt keçirməyənlərin və orqanizmini əvvəlcədən oruca hazırlayanların ac qalmasının, iftarda həddindən artıq qidalanmamasının ürək sağlamlığı baxımından daha faydalı ola biləcəyini qeyd edib.
O, Ramazan ayında infarktların əsasən iftar və sahurdan sonra baş verdiyini bildirərək, uzun müddətli aclıqdan sonra nəzarətsiz yemək vərdişlərinin qan şəkərinin və yağ səviyyələrinin ani dəyişməsinə səbəb olaraq ürək-damar xəstəlikləri üçün təhlükə yarada biləcəyini vurğulayıb. O, həm ürək xəstələrinin, həm də sağlam şəxslərin iftarda daha nəzarətli qidalanmasının və qida qəbulundan sonra fiziki aktivliyə diqqət etməsinin vacibliyini bildirib.
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Elnarə Abdullayeva və Rəqsanə İsmayılova efirdə barışaraq diqqət mərk
ABŞ-da azyaşlılara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq
Xəbər verdiyimiz kimi, Azərbaycanda su istehlakçıları üçün yeni qiymət
İşğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində minaya düş
Pirsinqlər son illərdə moda halına gəlsə də, bir çox sağlamlıq risklə
Müştərisinin saçını kəsib sonra təqaüdünü talayan bərbər saxlanıl
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind
Fevralın 18-də "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (
Yeganə Mürsəlova Novruz bayramı ilə bağlı səmimi etirafı ilə diqqət
Avropa Parlamenti deputatları üçün yeni təhlükəsizlik məhdudiyyətləri
Türkiyədə ekranlarda yayılan "Eşref Rüya" serialında canlandır
Təranə Musayeva ilə həyat yoldaşı və həmkarı Musa Musayev arasında can
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin "
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin axundu H
