"Məktəblər bağlanmasa da, dərslər faktiki olaraq keçirilmir"
Digərləri 16 Apr 2025 16:23:36 106 0
Bakıda və regionlarda havaların sərtləşməsi, yolların bağlanması və nəqliyyatın iflic olması ilə bağlı olaraq tədris prosesində yaranan çətinliklər təkrarən gündəmə gəlib. Son günlərdə müşahidə olunan pis hava şəraiti bir daha göstərdi ki, Azərbaycan təhsil sistemi bu cür fövqəladə hallara hazır deyil. Məktəblər və universitetlər rəsmi olaraq bağlanmasa da, müəllim və tələbələrin dərsə çata bilməməsi nəticəsində dərslər faktiki olaraq keçirilmir.
Bu xəbəri də oxu: Ən gözəl həyatı yaşayacaq 5 bürc: Kim xoşbəxtlik dalğasına qapılacaq?
Son.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov açıqlama verib:
"Bu vəziyyət artıq təsadüfi yox, sistemli problemin təzahürü kimi qiymətləndirirlər. Onların fikrincə, hər dəfə yağan qar və yağış təhsilin dayandırılmasına səbəb olmamalıdır. Təhsil hava şəraitinə, logistika imkanlarına və digər təsadüfi amillərə tabe olmamalı, fasiləsizliyi təmin edən çevik və rəqəmsal tədris modelləri ilə dəstəklənməlidir.
Xatırladaq ki, pandemiya dövründə ölkədə onlayn tədris modeli tətbiq olundu və müəyyən nəticələr əldə edildi. Lakin bu model sonradan strukturlaşdırılmadı və davamlı sistemə çevrilmədi. Bu isə bu gün üçün təhsilin qarşısında duran ən ciddi çağırışlardan biri olaraq qalır.
Fövqəladə hallarda dərslərin ləğv edilməsi əvəzinə onların dərhal onlayn və ya hibrid rejimə keçirilməsi üçün məktəblər və universitetlər müvafiq rəqəmsal platformalar, ehtiyat dərs planları, texniki təminat və hazırlıqlı pedaqoji heyətə malik olmalıdır. Bu yalnız texnologiya ilə bağlı məsələ deyil, eyni zamanda təhsilin məzmunu, təşkilati mexanizmi və hüquqi çərçivəsinə yenidən baxılması tələb olunur. Hazırda isə bir çox ali təhsil müəssisəsində bu imkanlar ya mövcud deyil, ya da yalnız simvolik səviyyədədir. Ümumtəhsil məktəblərinin əksəriyyətində isə bu barədə heç düşünülmür. Bu da xüsusilə regionlarda yaşayan şagird və tələbələrin daha çox əziyyət çəkməsinə, təhsildə sosial və coğrafi fərqlərin dərinləşməsinə səbəb olur. Estoniya, Finlandiya, Sinqapur və Kanada kimi ölkələr artıq illərdir ki, istənilən fors-major vəziyyətdə dərhal hibrid və ya onlayn tədrisə keçid edə bilən sistemlər qurublar. Bu ölkələrdə bu cür hallara hazır olmaq ehtimal yox, real ehtiyac kimi qəbul olunur və infrastruktur, hüquqi baza, pedaqoji yanaşma da buna uyğunlaşdırılıb".
Orada - Xuzistanın qızmar təpələrində yaz küləyi tozu göyə sovurarkən

Qaraciyər orqanizmin ən vacib orqanlarından biridir. O, bədəndə toksinlər

Hind Okeanında yerləşən məşhur turizm məkanı olan Maldiv adaları İsra

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi ol

"Bir insana necə ölüm arzulamaq olar axı?!"

Ağsuda selin ekskavatoru aşırması nəticəsində xəsarət alanların kimliy

Şakir Paşa Ailəsi" serialının çəkilişləri zamanı növbəti faciə

Elm adamları Günəşdə nadir görünən iki partlayışın baş verdiyini bil

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 16-da Azərbaycan Respublika

Ekoloji tarazlığın pozulması respublikamızın ərazisində il ərzində bir

ADPU-nun Kimya və biologiya fakültəsinin "Kimya müəllimliyi" ixti

Müğənni İlhamə Qasımova həyatı ilə bağlı bilinməyən faktları açı

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nə
