“Başçı idi, hər kəsi göndərə bilərdi, amma...”
Digərləri 18 Apr 2025 11:14:00 120 0
"Hadisə baş verəndə gedib gördük ki, Pərviz müəllim də oradadır. Ondan əlavə çox adam var idi. Bizi oradan uzaqlaşdırdı ki, sel bizi də aparar".
Bu xəbəri də oxu: Ziyəddin Əliyevin Avropadakı biznesi aşkarlandı: Görün, nələri var
Son.az xəbər verir ki, bu barədə aprelin 16-sı Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində həlak olan tikinti sahəsinin rəisi Pərviz Həyatullayevin yanında olan işçilər bildiriblər.
"Pərviz müəllim bir başçı idi. Hər kəsi göndərə bilərdi, özü fədakarlıq etdi, xilas etmək istədi", - deyə, onlar söyləyiblər.
İş yoldaşları hadisənin baş verdiyi yerdə onu anıb. Mərhumun ruhuna dualar oxunub, şəkli önünə gül dəstələri qoyulub.
Xatırladaq ki, podratçı şirkətin iki əməkdaşı Ağsu çayında yaranmış sel nəticəsində köməksiz vəziyyətdə qalıb. Bu zaman onların digər iş yoldaşları ekskavator vasitəsilə həmin əməkdaşları xilas etməyə çalışıb və P. Həyatullayev də ekskavatorun çalov hissəsində həmin şəxslərə yaxınlaşaraq kəndirlə onları xilas etmək istəyib. Bu zaman sel daha da güclənib və ekskavatoru aparıb. Ekskavatorda olan Pərviz Həyatullayevlə digər əməkdaş çaya düşüblər. Onlardan Pərvizin həyatını xilas etmək mümkün olmayıb, digər üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
42 yaşlı P. Həyatullayev ötən gün Binəqədi qəbiristanlığında dəfn olunub. O, 4 uşaq atası idi.
Daha ətraflı Xəzər TV-nin hazırladığı süjetdə:
"Euro NCAP 2025" test nəticələri açıqlanıb.

Təbii fəlakət zamanı maşına dəyən ziyanı kim ödəyir?

Azərbaycan Metrologiya İnstitutunun yeni Vaxt və tezlik ölçmələri laborat

Məşhur "Altıncı Hiss" (The Sixth Sense) filminin ulduzu, amerikal

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri

Tanınmış bloger Səbuhi Xanlarov avtomobili ilə qəzaya düşüb.

Bakının Xəzər, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində qa

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

ABŞ-nin keçmiş Prezidenti Co Bayden tədbirlərdə çıxış qiymətini aç

Yer kürəsinin səthinin dörddə üçünü əhatə edən okeanlar zamanla rən

Xalq şairi Vahid Əziz Sevgililər Günü ilə bağlı maraqlı açıqlamalar v

Birbaşa qulaq kanalına yerləşdirilən kanaldaxili qulaqcıqlar, qulaq pərd

Meqa-star Tarkanın anası Neşe Tevetoğlunun vida mərasimi keçirilib.

Çində fəaliyyət göstərən bir şirkətin qərarı ölkə mediasında geni
