“Asan imza”dan aslılıq bitdi
Digərləri 13 May 2025 13:05:43 59 0
Məlum olduğu kimi, SİMA rəqəmsal imza Dövlət Vergi Xidmətinin fərdi sahibkarlar üçün nəzərdə tutulan xidmətlərinə inteqrasiya olunub.
Bu xəbəri də oxu: Rektor təyin edilən Aqil Şirinov kimdir? DOSYE
Son.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yeniliyi şərh edib.
O.Gündüz qeyd edib ki, bundan sonra sahibkarlar new.e-taxes.gov.az portalında elektron qaiməni, vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə rahatlıqla təqdim edə biləcəklər:
"Altı ay müddətində tətbiqdən abunəhaqqı ödəmədən istifadə etmək imkanı da yaradılıb. İndiyədək yalnız xarici şirkətə (Best Solutions) məxsus identifikasiya vasitəsi olan "ASAN imza" ilə bu xidmətləri əldə etmək olurdu.
Hazırda təxminən 1 milyonadək aktiv "Asan imza" istifadəçisi var. Başqa sözlə, "Best Solutions" şirkəti hər ay 2 milyon manatdan çox bu resursdan gəlir götürür. Yəni yetərincə gəlirli bir sektorda - identifikasiya bazarında indiyədək rəqabətli bir mühit yox idi".
Ekspert xatırladıb ki, SİMA-nın DVX-yə inteqrasiyası 2 il çəkib: "Hiss olunurdu ki, inteqrasiyada maraqlı olmayanlar da var. Maraqlı olmayanlar da sektorda hamıya məlum idi. Son zamanlar DVX-nin rəqəmsal transformasiyasına xeyli vəsaitlər yatırılıb, AVİS sisteminin söykəndiyi İT infrastruktur xeyli inkişaf etdirilib. Bir müddət öncə DVX mobil tətbiq də istifadəyə verib. Yenicə AZCON Holdinqin tərkibinə qatılan "AzInTelecom"da biometriyaya əsaslanan SİMA rəqəmsal imza infrastrukturunu xeyli genişləndirib.
"Son günlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələr

Toros dağlarının ətəyində özbaşına bitən və yerli sakinlər tərəfin

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkiş

Xəbər verdiyimiz kimi, müğənnilər Mənzurə Musayeva və Əlikram Bayramo

Azərbaycan Dövlət Kukla Teatrı növbəti beynəlxalq teatr festivalına gedi

Ötən gün Ağcabədidə şiddətli külək və yağış bəzi fəsadlara səb

Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun ci

Mayın 9-da Bakının Xətai rayonunda yerləşən 128 yaşlı tarixi binanın s

Filadelfiyalı məşhur reper LGP Qua 30 yaşında qətlə yetirilib.

Azərbaycanda bir sıra özəl universitetlərdə təhsil haqlarının artırıl

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüs
