Bu bitkilər qarışqaları evdən uzaq tutacaq
Digərləri 16 May 2025 05:05:00 461 0
Yaz və yay mövsümündə evlərdə qarışqa problemi daha tez-tez ortaya çıxır. Lakin bu kiçik həşəratların qoxulara qarşı həssas olduqları nəzərə alınarsa, bəzi ətirli bitkilərlə bu problemin qarşısını təbii və asan üsullarla almaq mümkündür.
Son.az xəbər verir ki, Britaniyanın "The Mirror" nəşri qarışqaları evlərdən uzaq saxlamağın ekoloji cəhətdən zərərsiz və təsirli yollarını təqdim edib.
Məsələn, reyhan bitkisi tərkibindəki evgenol və linalool adlı güclü efir yağları sayəsində qarışqaları uzaqlaşdırmaq qabiliyyətinə malikdir. Reyhanı istər bağda, istərsə də otaqda yetişdirmək mümkündür və hər iki halda eyni dərəcədə faydalıdır.
Ev şəraitində istifadə üçün qarışqaların tez-tez gəzdiyi sahələrə təzə və ya qurudulmuş reyhan yarpaqları yerləşdirmək tövsiyə olunur. Əlavə təsir üçün bir püskürdücü butulkaya su ilə birlikdə bir neçə damcı reyhan yağı tökün, pambıq parçaları bu məhlulla isladıb, problemli nöqtələrə yerləşdirin.
Digər təsirli bitkilərdən biri də lavandadır. Xoş qoxusu və güclü təsiri sayəsində lavanda qarışqaları uzaqlaşdırmaq üçün ideal hesab olunur. Onu qapı və pəncərə önlərində, saxsı qabda böyütmək məqsədəuyğundur. Lavanda yağı da əlavə vasitə kimi istifadə oluna bilər.
Texnologiya həvəskarlarının səbirsizliklə gözlədiyi "İPhone 17&quo
Sağlam qidalanmanın vacib şərtlərindən biri təmiz meyvə və tərəvəz i
Uzun və sağlam yaşam üçün bu 4 qida evə alınmamalıdır.
Özünə ən uyğun peşəni seçmək, yalnız gələcək qazanc və prestijlə
Bir müddət əvvəl İranın ölkənin yol və şəhərsalma nazirinin müşavi
ABŞ-ın birinci xanımı Melaniya Trampın doğma vətənində-Sloveniyada ə
Son.az 16 may 2025-ci il üçün bürc proqnozunu təqdim edir:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin tə
Yatmazdan əvvəl qəbul edilən zülal sayəsində yatarkən əzələ inkişaf
6 il əvvəl yanan "Diqlas"ın yerində yeni ticarət mərkəzi tikil
Xalq artisti Rasim Balayev Cəfər Cabbarlı adına Kinostudiya ilə bağlı aç
Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliy
Son.az Kulis.az-a istinadla Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhim
Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə beş nəfər xəsarət
