Yaponiyada təbii fəlakətlərə qarşı insanabənzər robotlar hazırlanacaq
Digərləri 21 İyl 2025 09:10:00 68 0
Yaponiyanın ən böyük universitetlərindən biri təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və xilasetmə əməliyyatları zamanı istifadə olunacaq ən müasir insanabənzər robotları birgə hazırlamaq məqsədilə bir neçə yerli şirkətlə əməkdaşlıq edəcək.
Bu xəbəri də oxu: Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses BAŞLAYIR
Son.az bu barədə "Kyodo" agentliyinə istinadla xəbər verir.
Vaseda Universiteti yerli şirkətlər "Murata", "Tmsuk" və "Sre Holdings" ilə birlikdə hündürlüyü 3 metr və çəkisi 300 kiloqram olan insanabənzər robotları birgə hazırlamaq və sonradan istehsal etmək niyyətindədir.
Belə robotlar 5 km/saat sürətlə hərəkət edə və 100 kiloqramdan artıq çəkiləri qaldıra biləcəklər. Nəhəng insanabənzər robotların əsas vəzifəsi Yaponiyanın mütəmadi olaraq üzləşdiyi zəlzələ və digər təbii fəlakətlərdən sonra dağıntıları təmizləmək olacaq.
Test modelinin 2026-cı ilin sonunda hazır olacağı, 2029-cu ildə isə kütləvi istehsalın başlanması planlaşdırılır./oxu.az
Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı

Uşaqların yay tətilini maraqlı və faydalı keçirmək üçün planlı və y

Hollivud ulduzu Tom Kruz və sevgilisi Ana de Armas istirahətdə görüntülən

"Bəzən emosional olaraq çox yoruluruq. Bu yorğunluğun isə gündəlik

Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin uşaq xəstəlikləri kafed

Mütəxəssislər sağlam həzm sistemi üçün gündə 25-38 qram lif qəbulunu

Rusiyalı kardioloq Yevgeni Kokin "İzvestiya"ya verdiyi açıqlamada

Son zamanlar bir çox insan gecə saatlarında əllərində və ayaqlarında yan

Müasir həyat tərzi və düzgün olmayan qidalanma vərdişləri səbəbindən

Türkiyədə Ağrıdan İzmirə hərəkət edən sərnişin avtobusu, yağış

Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu evinin görüntüsünü paylaşıb.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horosco
