Elektrik enerjisinə tələbat rekord həddə çatdı
Digərləri 08 Avq 2025 12:17:00 398 0
Avqustun 6-sı saat 15:00-da ölkə üzrə elektrik enerjisinə tələbat rekord həddə çataraq, saatda 4871 meqavat olub.
Bu xəbəri də oxu: Türk bloqerin milli yeməyimizə reaksiyası gündəm oldu VİDEO
"Azərenerji" ASC-dən Son.az-a verilən məlumata görə, eyni zamanda sutkalıq enerji istehlakı da 100 milyon kilovat-saata yüksəlib.
Bu sürətli artımın arxasında yalnız isti, bürkü və soyuducu sistemlərinin, əyləncə mərkəzlərinin çox işləməsi dayanmır. Əsas səbəb son illərdə ölkə iqtisadiyyatının, sənaye müəssisələrinin, çoxmənzilli binaların və ümumilikdə bütün sahələrin davamlı və dinamik inkişafıdır.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yayında temperatur 40-42 dərəcə olarkən, ölkə üzrə pik tələbat 3625 meqavat olmuşdu. Son 7 ildə isə ölkə üzrə pik tələbat 1200 meqavatdan çox artıb. Buna adekvat olaraq ölkə başçısının tapşırığı ilə "AzərEnerji" tərəfindən əlavə generasiya mənbələri, yarımstansiyalar yaradılıb, yeni SCADA, rele mühafizəsi, əks-qəza avtomatikası, tezliyin tənzimlənməsi, reaktiv gücün konpensasiyası üzrə yenilənmiş müasir sistemlər tətbiq edilib.
Hazırda "AzərEnerji" ASC nəinki ölkə üzrə tələbata uyğun enerji istehsal etməyə, ölkənin ehtiyacından daha çox enerji istehsal etmək gücünə malikdir.
Novxanı qəsəbəsinin bəzi ərazilərində təmir və gücləndirmə işləri
2020-ci ilədək olan 30 ildə Cənubi Qafqaz xroniki qeyri-sabitlik bölgəsi o
İrəvan xanının nəslindən olan, Almaniyada yaşayan Əmir Əli Sərdari İr
Xalq artisti Brilliant Dadaşova görüntüsü ilə diqqət çəkib.
Sumqayıtda sərnişin avtobusu yanacaqdoldurma məntəqəsinə çırpılıb, 1
Uzun müddət davam edən anomal istilərdən sonra havaların yavaş-yavaş soy
Bir müddət "Bakı metropoliyeni"ndən "Yaşıl" xətlərin
Bu cümə xüsusi bir gücə sahib olacaq, çünki 8.08 rəqəmlərinin maliyyə
Müğənni Qumral yeni görüntüsü ilə diqqət çəkib.
Ağ Ev bu gün baş tutacaq Trampın Əliyev və Paşinyanla görüşlərinin qr
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Ağdərədə ərazisində yanğının baş verdiyi əraziyə helikopter cəlb ol
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçiril
"Tayqa" aviaşirkətinə məxsus DHC-6-400 tipli təyyarə Cənubi Sax
Azərbaycan və Ermənistanın avqustun 8-də Vaşinqtonda imzalayacağı saziş
