Qatqat geyinməyin yeni kodları
Digərləri 29 Dek 2025 08:08:00 59 0
Bu mövsüm qat-qat geyinmək küçə stilinin ana qaydasına çevrilib. Düzgün ölçü, balanslaşdırılmış kontrast və kiçik üslub toxunuşları ilə üst-üstə geyinməyin incəliklərini kəşf edin.
Bu xəbəri də oxu: DYPdən xəbərdarlıq: Yollarda ehtiyatlı olun!
Son.az xəbər verir ki, kombinasiyasına dərinlik və ölçü qatmaq istəyənlər üçün bu mövsüm layering üslubu küçələrə hökmranlıq edir. Cins şalvarın üzərindən "slip" don və ya üst-üstə üç tişört geyinmək artıq təəccüblü qarşılanmamalıdır. Lakin burada vacib məqamlara diqqət yetirmək lazımdır. Çünki mövsümün əsas kodları sadəcə təsadüfi parçaları bir araya gətirmək deyil, onları düzgün yerləşdirməkdən ibarətdir.
Böyük ölçülü (oversize) poplin köynək, geniş balaqlı cins və ziddiyyətli toxumaya malik üst geyimindən ibarət bu görünüş, eninə və uzununa xətt detalları ilə zənginləşdirilərək qat-qat üslubuna ağıllı bir yanaşma nümayiş etdirir. Əsas parça olan mavi zolaqlı köynək, volanlı forması sayəsində kombinasiyanın daşıyıcı sütununa çevrilib. Onun üzərindəki geyim isə ölçü balansını qoruyaraq görünüşə kontrast qatıb. Saç bandı kimi istifadə edilən nazik şərf isə qatlara qrafik toxunuş əlavə edərək xətt oyununu şüurlu bir stil seçiminə çevirib. Öz daxilində balansı olan parçalarla yorulmadan şık görünmək prinsipi uğurla nəticələnib.
Mövsüm trendlərində yüksəlişə keçən atlaz (saten) donları maskulin parçalarla bir araya gətirmək qat-qat üslubuna sofistike bir ruh qatır. Dantel detallı qara mini don bu tərzin baş rolundadır. Ona yoldaşlıq edən ağ və bej rəngli şalvarlar qaranın sərt künclərini yumşaldır. Qara trençkot isə görünüşə tarazlıq gətirir. Belə bağlanan və ya boyunbağı kimi daşınan çantalar isə üslubun aksesuarlarla da dəstəklənə biləcəyini sübut edir. Bu kombinasiyanın həlli çox sadədir: cəsarət və balans.
Bu görünüşdə layering üslubunun dinamik və modern halı vurğulanır. Parçalar içəridən çölə doğru geyinilərək "tərs qatlama" üslubu tətbiq olunub. Elektrik narıncı rəngli sviter ilk baxışda əsas element kimi görünsə də, alt qatdakı dama-dama (ekose) detalı sürpriz yaradır. Orta qatdakı klassik kəsimli mavi köynək kombinasiyaya fərahlıq qatarkən, çoxrəngli daşlı bandana parıltı effekti ilə stili daha üst səviyyəyə daşıyır. Blazer pencəyi başqa parçaların ardına gizlətmək və ya şalvarın üzərindən mini ətək geyinmək tamamilə yeni bir stilin xəbərçisidir. Lalə Qüdrətova Son.az
Ağ sirkə çox vaxt ucuz və təhlükəsiz təmizləyici vasitə kimi təqdim o
Məsləhət görülməyən qida məhsullarının ac qarına qəbul edilməsi 2-c
Dünyada ən çox istifadə olunan içkilərdən biri olan qəhvə təkcə enerj
Son günlər yayılan qrip xəstəliyi şiddətli öskürəyin yayılmasına sə
Narın təmizlənməsi çoxları üçün çətin və səliqəsiz bir iş olduğu
Son illər sürətli çəki atmaq istəyənlərin üstünlük verdiyi arıqladı
Qış aylarında soyuducu parametrlərinin yaydakı kimi saxlanılması, fərqin
Bayram yaxınladıqca, xüsusilə də Yenı il ərəfəsində hind quşu ətinə
Əgər plintusları hər gün silmək məcburiyyətində qalırsınızsa, bu üs
Son.az 29 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlid
Paytaxtda marşrut avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi ba
Adi bir şam yeməyini restoran şah əsərinə çevirmək üçün bahalı avada
